Pretoriya
From Wikipedia, the free encyclopedia
Remove ads
Pretoriya — Cənubi Afrika Respublikasının paytaxtı, Qautenq vilayətinin inzibati mərkəzidir. Ölkənin şimal-şərqində, Apis çayının sahilində yerləşir. Afrikanın ən müasir şəhərlərindən,CAR-ın üç paytaxtından biridir. Pretoriya - icra hakimiyyəti mərkəzlərinin, Keyptaun - qanunverici hakimiyyətin, Blumfonteyn - məhkəmə hakimiyyətinin yerləşdiyi şəhərlərdir.
Pretoriya Svan şəhər dairəsinə daxildir, ona görə də özü bir çox hallarda Svan, Tsvan, Tşvan adlandırılır. Şəhərin ad məsələsi indi də müzakirə mövzusudur. Şəhər ilk dövrdə "Pretoriya Filadelfiya" («Pretoriya qardaş məhəbbəti») adlanırdı[4].
Remove ads
Tarixi
Şəhər 1855-ci ildə Martinus Pretorius, bur köçkünlərinin baş komandanı Andris Pretoriusun oğlu tərəfindən salınıb və onun şərəfinə adlandırılıb. 1860-cı ildə Pretoriya bur Transvaal Respublikasının paytaxtı olur. (1899—1902) ingilis-bur müharibəsindən sonra İngiltərə Transvaalı işğal edir və Pretoriya İngiltərə protektoratının mərkəzi olur. 1910-cu ildən sonra Pretoriya Böyük Britaniya tərkibində Cənubi Afrika İttifaqı dominionunun paytaxtı elan edilir. 1961-ci ildə şəhər elan edilən Pretoriya Cənubi Afrika Respublikasının paytaxtı olur.
Remove ads
Şəhərin inkişafı
Pretoriya - müasir böyük şəhərdir. Şəhərdə hündür binalar, parklar, fontanlar vardır. Bununla belə şəhər ətrafında çox sayda kasıb evlər yerləşir.
İqtisadiyyatı
Pretoriya Cənubi Afrika Respublikasının əsas iqtisadi, elmi və mədəni mərkəzidir. Şəhərin müasir kommunikasiya sistemi, avtomobil və dəmir yol şəbəkəsi,beynəlxalq əhəmiyyətli aeroportu vardır.
Qalereya
- Şəhərin panoramı
- Şəhərin mərkəzi hissəsi
- Jacaranda ağacları
- Şəhərin mərkəzi küçəsi
Mənbə
- Pretoriya Arxivləşdirilib 2012-05-30 at the Wayback Machine
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads