Şumer mifologiyası
From Wikipedia, the free encyclopedia
Şumer mifologiyası — Şumer xalqının tarixi kökləri, ilkin dünyagörüşü, ibtidai məişət tərzi, qədim adət-ənənələri, mənəvi həyatının başlanğıcını tərənnüm edir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Qədim sivilizasiya. eyni zamanda, Şumer-akkad mədəniyyətini də əhatə edir. Bu mədəniyyət b.е.ə. IV minillikdə Dəclə və Fərat çaylarının arasında yerləşən Mesopotamiya (yunanca, "iki çayarası" deməkdir) adlanan ərazidə yaranmışdır. Bu ərazidə b.е.ə. III minillikdə şimal hissədə akkadlar, cənubda isə şumerlər öz dövlətlərini yaratmağa başlamışlar. Lakin bir müddətdən sonra bu səltənət əmmarilər tərəfindən dağıdılaraq, onun yerində yeni dövlət yara-dıldı və Babilistan bu dövlətin paytaxtı elan edildi. Beləliklə, şumerləri, akkadları, əmmariləri, elariləri və bu ərazidə yaşayan digər xalqları birləşdirən qədim Babilistan səltənəti yarandı. Hammurapinin hökmranlığı dövründə (е.ə. 1792–1750) bu dövlət özünün ən yüksək inkişaf zirvəsinə çatmışdı. Bu dövlətin ikinci çiçəklənmə dövrü Aassurinin hakimiyyətə gəldiyi dövrə (е.ə. 612–538) təsadüf edir. Bu dövlət sivilizasiya tarixdə yeni Babilistan adlanır. Bizim dövrümüzədək gəlib çatan gil lövhələr sübut edir ki, Qədim Babilistanda elm daha çox inkişaf etmişdi. Şumerlər cəbr və həndəsənin əsasını qoymuşlar, sonralar isə "Pifaqor teoremi" bunun əsasında yaradılmışdır. İlk dəfə olaraq şumerlər onluq və altı onluq say sistemini yaratmışlar. Bu günədək, bütün bəşəriyyət, ondan istifadə edir: 1 saat = 60 dəqiqə, 1 dəqiqə = 60 saniyə.
Digər tərəfdən səma cisimlərini öyrənmək cəhdi, Babilistanda astrono-miyanın yaranmasına və inkişafına səbəb oldu. Bəşəri fikir tarixində dünyada birinci olaraq ulduzlu səmanın ilk xəritəsini tərtib edən Babilistan astronomu Seleveka (b.е.ə. II əsr) dünyanın heliosentrik sistemi haqqında məlumat vermişdir. Burada təbiət və göy cisimləri üzərində aparılan daimi müşahidələr bir sıra təqvimlərin yaranmasına səbəb olmuşdur. Belə təqvimlərdən biri olan Qəməri təqviminə görə, bir ay 29 və ya 30 günə, il 12 aya və 354 günə bərabərdir. Yaxud başqa Günəş təqviminə (Şəms) görə 1 il 365, 24 sutkaya bərabərdir. Bunlarla yanaşı, təbabət sahəsində Qədim Babilistanda yetişən peşəkar həkimlər, bir sıra xəstəlikləri müalicə etməklə, onların əlamətlərini də, müəyyən etmişlər. Şumerlərin bir neçə müalicə reseptləri dövrümüzədək gəlib çatmışdır. Bunlarla bərabər, şumer və akkad dillərində humanitar elmlərin (tarix, coğrafiya, hüquq və s.) inkişafına dair çoxlu məlumatlar var.
Elmlərin yaranması və inkişafı nəticəsində ətraf aləmə dini-mifoloji baxış məntiqi olaraq fəlsəfi baxışla əvəz olunmuşdur. Dünya mədəniyyətinə həddən ziyadə elmi biliklər bəxş edən qoca Şərq ətraf aləmin dərkində, dünyanın fəlsəfi izahında xüsusi yer tutur. Şumer dastan və hekayələrində cəmiyyət, siyasət, əxlaq normaları və s. haqqında dəyərli fəlsəfi fikirlərə rast gəlmək olur. Qədim Babilistanda fəlsəfi məktəb və cərəyanlar olmasa da, dünyanın dini-mifoloji və təbii-elmi mənzərəsini tam fərqləndirə bilməyən dünyagörüşü, fəlsəfi düşüncə tərzi mövcud olmuşdur. Bu cəhətdən "Ağanın qul ilə söhbəti", "Bilqamış haqqında dastan" və s. abidələri nəzərə almaq kifayətdir.
"Ağanın qul ilə söhbəti" adlı hekayədə əsas söhbət insan həyatının mənası ətrafında gedir: burada hökmdarın qəzəbinə düçar olmuş qul sahibi öz qulu ilə, həyatın mənasızlığı haqqında söhbət edir: həyatda hər şey – hökmdarın səxavətinə ümiddə, kef məclisində, qadına məhəbbət də, alicənablıq da və nəhayət, ölümdən sonra həyatın özü də, boş, mənasız bir şey olduğu qeyd olunur.
Qədim Şərqin nadir incilərindən sayılan və dünya ədəbiyyatının qızıl fonduna daxil olan "Bilqamıs haqqında dastan" və yaxud hər şeyi bilən adamın dastanı Yaxın Şərqin dörd dilində: şumer, akkad, hurrit və het dilində 3500 il bundan əvvəl gil lövhələr üzərində yazılmış və dövrümüzə qədər gəlib çatmışdır. Dastanın qəhrəmanı Bilqamıs tarixi şəxsiyyət olmaqla, b.е.ə. 27-ci əsrin sonu, 26-cı əsrin əvvəllərində Şumerdə Uruk dövlətinə başçılıq edən sü-lalənin beşinci hökmdarı olmuşdur. Dastanda söhbət əsasən allahlarla mübarizədən və ölməzlikdən gedir. Bilqamısdan qorxan allahlar onu məhv etmək üçün gücdə ona bərabər olan Enkidunu yaradıb ona qarşı çıxmağa məcbur edirlər. Enkidu təbiətdə vəhşi heyvanlar arasında yaşadığı üçün bütün heyvanların dilini bilirdi. Allahların məqsəd və niyyətini başa düşən Bilqamıs sarayının ən gözəl qadınlarından birini Enkidunun yanına göndərir, qadın onu yoldan çıxarır, o, təbiətlə əlaqəni kəsir və bütün heyvanlar ondan üz döndərir. Bu zaman Bilqamıs onunla vuruşur, ona qalib gəlir, lakin onu öldürmür. Onların bu mübarizəsi demək olar ki, dostluqla başa çatır. Bu hadisədən qəzəblənən allahlar plan qurub Enkidunu öldürürlər. Dostunun ölümünü görən Bilqamıs ilk dəfə olaraq özünün də əvvəl-axır ölümə düçar olacağını dərk edir və ölməzlik, əbədi həyat sorağında, vaxtilə Allahlardan ölməzlik alan Utnapiştinin yanına gəlir. Utnapişti ona izah edir ki, əbədi həyat mümkün deyil. Nəhayət, uzun söhbətlərdən sonra Utnapişti Bilqamısa dənizin dibindəki "ölməzlik otu"nun yerini deyir. Bilqamıs böyük çətinliklə bu otu əldə edir və öz ölkəsinə qayıdır. Yorğunluqdan yolda kiçik bir gölün kənarında yatır, bu za-man ilan ondan otu oğurlayıb yeyir, o saat əbədi həyat qazanır.
Bütün bunlardan sonra Bilqamısa aydın olur ki, əbədi həyat mümkün deyil, insan ölməzliyə yalnız öz fəaliyyəti, yaxşı əməlləri ilə nail ola bilər. Ümumiyyətlə, dastanda həyat və ölüm mövzusuna fəlsəfi baxış əsas yer tutur. İnsan özünün ölümə məhkumluğunu, allahların və dünyanın əbədiliyini dərk edir.