Şumer
From Wikipedia, the free encyclopedia
Şumer – e.ə. VI minillikdən başlayaraq cənubi İkiçayarasında (Dəclə və Fərat) mövcud olmuş ən qədim insan sivilizasiyası. Bu sivilizasiyanın yaranması və çiçəklənməsində, əhalinin sosial-mənəvi həyatında və həyat tərzinin formalaşmasında təbiətin təsiri, əsas da Dəclə və Fərat çaylarının böyük təsiri vardır. Odur ki, bu sivilizasiyanı "çay sivilizasiyası" adlandırmaq olar.
Əyalətlər və dövlətlər
Əhali
Əlyazmalar
| |
Dəclə və Fərat çayları arasında yerləşən ərazi bəşəriyyətin ən qədim mədəniyyət ocaqlarından biri olmuşdur. Çayların və münbit torpaqların yaxınlığı əkinçiliyin, maldarlığın, ticarətin inkişafı üçün zəmin yaratmışdır. Burada Yaxın Şərqin bütün karvan yolları kəsişirdi. Alimlər hesab edirlər ki, bu ərazidə ilk insanlar hələ paleolit dövründən başlayaraq məskunlaşmışdırlar. Qədim yunanlar bu ərazini Mesopotamiya adlandırmışdılar. Coğrafi cəhətdən Mesopotamiyanın cənubu ovalıq, şimalı isə dağlıq ərazilərdə yerləşir. Hal-hazırda bu ərazinin böyük hissəsi İraq dövlətinin, şimalda az bir hissə isə Türkiyənin tərkibinə daxildir. Qədim zamanlarda isə burada Şumer, Akkad, Babil kimi bir neçə dövlət mövcud olmuşdur. Daha sonra bu ərazilər Assuriya və İran imperiyalarının tərkibinə qatılmışdır.