Əl-Cədidə
From Wikipedia, the free encyclopedia
Əl-Cədidə (ərəb. الجديدة, bər. ⴰⵍ-ⵊⴰⴷⵉⴷⴰ, fr. el-Jadida) və ya keçmiş adları ilə Kap Solis,[3] Portus Rutilis,[4] Rusibis,[4][5][6] Məzayin (ərəb. مازيغن, bər. ⵎⴰⵣⵉⴳⴻⵏ),[7][8][9][10] əl-Breiya (ərəb. البريجة,[4][11][12][13][14] Mazaqao (ərəb. مازاگاو, bər. ⵎⴰⵣⴰⴳⴰⵡ),[3][4][11][12][13][15][16] əl-Mahdouma (ərəb. المهدومة),[3][4][5][11][12][14][15][16][17][18] Mazaqan (ərəb. مازاگان, bər. ⵎⴰⵣⴰⴳⴰⵏ)[3][4][5][11][12][13][14][15][16][17][18] — Mərakeşin Atlantik sahilində, Kasablanka şəhərindən 100 km cənubda, Əl-Cədidə əyalətində yerləşən liman şəhəri.[19][20] 2014-cü il siyahıyaalmasına görə 194 934 əhalisi var.[21][22][23][24]
Əl-Cədidə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
ⴰⵍ-ⵊⴰⴷⵉⴷⴰ / الجديدة | ||||||||||
Məzayin • əl-Breiya • Mazaqao • əl-Mahdouma • Mazaqin | ||||||||||
| ||||||||||
33°14′03″ şm. e. 8°31′22″ q. u. | ||||||||||
Ölkə | ||||||||||
Tarixi və coğrafiyası | ||||||||||
Sahəsi |
|
|||||||||
Əhalisi | ||||||||||
Əhalisi | ||||||||||
Digər | ||||||||||
Rəsmi adı | Portuguese City of Mazagan (El Jadida) | |||||||||
Tipi | Mədəni | |||||||||
Kriteriya | ii, iv | |||||||||
Tarixi | 2004 (28-ci sessiya) | |||||||||
İstinad nöm. | https://whc.unesco.org/en/list/1058 | |||||||||
Ölkə | Mərakeş | |||||||||
Region | Ərəb dövlətləri | |||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Əl-Cədidəki köhnə şəhər Dünyanın Portuqal mənşəli Yeddi Möcüzəsindən biridir və portuqaliyalılar tərəfindən qurulmuş nəhəng divarlar ilə dənizdən çox "qeyri-mavr " görünüşə sahibdir.[25]
Portuqaliyanın Mazaqan istehkam-şəhəri 2004-cü ildə "Avropa və Mərakeş mədəniyyətləri arasındakı təsir mübadiləsinin üstün nümunəsi" və Portuqaliya tikinti texnologiyası ilə inteqrasiya olunmuş İntibah ideallarının erkən nümunəsi" kimi UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.[26]
Yay fəslində əsasən Mərakeşdən olan bir çox insan istrahət üçün Əl-Cədidə və xüsusilə qonşu Sidi Bouzid şəhərinə axın edir. Şəhərin yaxınlığında bəzi orta səviyyəli Mərakeşliləri, habelə Ərəbistan yarımadasından, Avropa və hüdudlarından çox sayda beynəlxalq qonağı cəlb edən Maqazan beşulduzlu kurort kompleksi yerləşir. Maqazan kompleksində kazino, gecə klubu və restoran və bir qolf sahəsi var. Yaxınlıqda limanların və fabriklərin olması Əl-Cədidə çimərliklərinin çirklənməsinə gətirib çıxarır.
Şəhər, 2014-cü ildən bəri yaxınlıqdakı Corf-Lasfar limanında və onun sənaye zonasında artan fəaliyyət nəticəsində qismən genişlənir.