1967 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
1967 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1967; fr. Concours Eurovision de la chanson 1967) — sayca 12-ci Avroviziya Mahnı Müsabiqəsidir. Udo Yürqensin ifa etdiyi "Merci, Chérie" mahnısı ilə 1966 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1967-ci ildə Avstriya müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Vyana şəhərində Großer Festsaal der Wiener Hofburg-da keçirilmişdir. Müsabiqə 1967-ci ilin 8 aprel tarixində baş tutmuşdur.
1967 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 8 aprel 1967 |
Aparıcı(lar) | Erika Vaal |
Kanal | ÖRF |
Keçirilən yer | Großer Festsaal der Wiener Hofburg, Vyana, Avstriya |
Qalib mahnı | Birləşmiş Krallıq "Puppet on a String" |
Seçki sistemi | Hər ölkədən on münsif vardı və onlar bəyəndikləri mahnılara xal verirdilər. |
İştirakçıların sayı | 17 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | Danimarka |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1966 1968 ► |
1967-ci ildə Danimarka Avroviziyada iştirakdan imtina etdi və dövlət kanalı buna əsas səbəb olaraq maliyyə problemlərini göstərdi. Ölkə müsabiqəyə bir daha 1978-ci ildə qayıtdı. 17 ölkənin iştirak etdiyi müsabiqədə Böyük Britaniya təmsilçisi Sendi Şou ifa etdiyi "Puppet on a String" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1967-nin qalibi olmuşdur. Bu Avroviziyaya artıq iki dəfə ev sahibliyi etmiş Böyük Britaniyanın müsabiqədə ilk qalibiyyəti idi.