Danimarka Avroviziya Mahnı Müsabiqəsində
From Wikipedia, the free encyclopedia
Danimarka Avroviziya Mahnı Müsabiqəsinə 1957-ci ildə qoşulmuş və ümumilikdə 48 dəfə iştirak etmişdir. Ölkə 1966-cı ilədək hər il müsabiqədə iştirak etmiş, lakin 1967-1977-ci illərdə Avroviziyada iştirak etməmişdir. 1978-ci ildən bəri isə müsabiqədə yalnız dörd dəfə iştirak etməmişdir. Danimarka Avroviziyada iştirak etdiyi illər ərzində 3 dəfə qələbə qazanmışdır. Müsabiqəni ölkədə yeganə yayımlamaq hüququ olan DR telekanalı Danimarkanın Avroviziya təmsilçilərini telekanalın təşkil etdiyi Dansk Melodi Grand Prix mahnı yarışması vasitəsilə seçir.
Danimarka Avroviziyada ilk qələbəsini 1963-cü ildə Qrete və Yörqen İnqmann duetinin səsləndirdiyi "Dansevise" mahnısı ilə, ikinci qalibiyyətini 2000-ci ildə Olsen Brothers qrupunun ifa etdiyi "Fly on the Wings of Love" mahnısı ilə və ən son qalibiyyətini isə 2013-cü ildə Emmili de Forestin ifa etdiyi "Only Teardrops" mahnısı ilə qazanmışdır.