1997 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
1997 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1997; fr. Concours Eurovision de la chanson 1997) — sayca 42-ci Avroviziya Mahnı Müsabiqəsidir. Eymar Kuinnin ifa etdiyi "The Voice" adlı mahnının 1996 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1997-ci ildə İrlandiya yeddinci dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə İrlandiyanın paytaxtı Dublin şəhərində "Point Theatre" zalında keçirilmişdir. Müsabiqə 1997-ci ilin 3 may tarixində baş tutmuşdur.
1997 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 3 may 1997 |
Aparıcı(lar) | Keri Krouli Ronan Kitinq |
Kanal | RTÉ |
Keçirilən yer | Point Theatre, Dublin, İrlandiya |
Qalib mahnı | Birləşmiş Krallıq "Love Shine a Light" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti və ya SMS səsverməsi ən çox səs toplayan on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 25 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
Yenidən iştirak edən ölkələr | Almaniya Danimarka İtaliya Macarıstan Rusiya |
İştirakdan imtina edən ölkələr | Belçika Finlandiya Slovakiya |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1996 1998 ► |
Avroviziya 1996-da müsabiqədə iştirak üçün keçirilən seçim turu bir neçə ölkənin etirazına səbəb olduğu üçün 1997-ci ildə Avropa Yayımlar Birliyi həmin seçim turunun təşkil edilməməsi qərarına gəldi. Belə ki, Avroviziyada son dörd ildə ən aşağı nəticə göstərən üç ölkə Belçika, Finlandiya və Slovakiya AYB-nin qərarı ilə Dublində keçirilən müsabiqədən kənarlaşdırıldı. Bu ölkələri müsabiqədə Almaniya, Danimarka, Macarıstan və Rusiya əvəz etdi. Eyni zamanda İtaliya üç illik fasilədən sonra müsabiqəyə geri döndü. Ümumilikdə 25 ölkənin iştirak etdiyi Avroviziya 1997-də Böyük Britaniya təmsilçiləri Katrina and The Waves pop-rok qrupu ifa etdikləri "Love Shine a Light" adlı mahnı ilə müsabiqənin qalibi seçildilər. Bu sonuncu dəfə Avroviziyada 1981-ci ildə Bucks Fizz qrupunun təmsilində qalibiyyət əldə etmiş Böyük Britaniyanın müsabiqədə ümumilikdə beşinci qələbəsi idi.
1997-ci ildə Avroviziyada ilk dəfə SMS səsverməsi tətbiq olunmuşdu.