2015 Avropa Oyunları
From Wikipedia, the free encyclopedia
2015 Avropa Oyunları — 12 iyundan 28 iyuna qədər Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən idman yarışı. 2015 Avropa Oyunları tarixdə ilk dəfə keçirilən idman yarışıdır. Yarışlarda 50 Avropa ölkəsindən 6000-dən çox idmançı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb.
2015 Avropa Oyunları | |
---|---|
İdmançıların sayı | 6.076 |
Vikianbarda əlaqəli mediafayllar |
2015 Avropa Oyunları | ||||
---|---|---|---|---|
Məlumat | ||||
Şəhər | Bakı, Azərbaycan | |||
Açılış mərasimi | 12 iyun | |||
Bağlanış mərasimi | 28 iyun | |||
İdman qurğularının sayı | 12 | |||
İdman növlərinin sayı | 30 | |||
Ölkə sayı | 50 | |||
İdmançı sayı | 10 000 | |||
Medal cədvəli | ||||
Ölkə | Cəmi | |||
Rusiya Federasiyası | 79 | 40 | 45 | 164 |
Azərbaycan | 21 | 15 | 20 | 56 |
Böyük Britaniya | 18 | 10 | 19 | 47 |
Almaniya | 16 | 17 | 33 | 66 |
Fransa | 12 | 13 | 18 | 43 |
Avropa Oyunlarının açılış mərasimi 12 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutub. Açılış mərasimində Avropa Oyunlarını rəsmi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq elan edib.[1] Avropa Oyunlarının məşəlini isə Bakı Olimpiya Stadionuna 2 qat Paralimpiya Çempionu, Qarabağ qazisi cüdoçu İlham Zəkiyev gətirib.[2]
Yarışlarda 50 ölkənin 6000-dən çox idmançısı 30 idman növündə mübarizə aparıb. 17 gün davam edən yarışlar 28 iyun tarixində Bakı Olimpiya Stadionunda yekunlaşıb.[3][4] Yarışlarda qeyri-rəsmi medal cədvəlində ilk sıranı Rusiya Federasiyasının idmançıları tutub. Onlar I Avropa Oyunlarında 79 qızıl, 40 gümüş və 45 bürünc, ümumilikdə 164 medal qazanıb.[5] İkinci sıranı isə ev sahibi Azərbaycan idmançıları tutdu. Yarışlara 289 idmançı ilə qatılan Azərbaycan 21 qızıl, 15 gümüş və 20 bürünc, ümumilikdə 56 medal qazanıb.[6] Üçüncü sıra isə Böyük Britaniya idmançılarına nəsib olub. Onlar 18 qızıl, 10 gümüş və 19 bürünc medal qazandı və I Avropa Oyunlarını 47 medalla başa vurublar.[7]
2015 Avropa Oyunlarının rəsmi büdcəsi 1.12 milyard Amerika Birləşmiş Ştatları dolları təşkil edib.[8][9] Satışa 600 000 bilet çıxarılıb.[10][11] Avropa Oyunlarının təşkili üçün 15 000 könüllü səfərbər olub.[12][13]