2017 Tulon Turniri
From Wikipedia, the free encyclopedia
2017 Toulon Turniri (rəsmi adı fr. 45ème Festival International Espoirs Provence – Tournoi Maurice Revello) — 45-ci dəfə təşkil olunan Toulon Turniridir. Turnirin qeyri-rəsmi adı Maurise Revellonun adını daşıyır.[1] Revello 1967-ci ildə turniri təşkil etmiş və 2016-cı ildə vəfat etmişdir.[2] Turnir 29 may — 10 iyun 2017-ci il tarixləri arasında Provans regionunda təşkil edilmişdir.[3] 2017-ci ildə ilk dəfə olaraq turnirdə 12 komanda iştirak etmişdir.
Cəld faktlar Yarış məlumatları, Ev sahibi ...
2017 Tulon Turniri | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | |
Ev sahibi şəhər | Fransa |
Tarix | 29 May – 10 İyun 2017 |
Komanda sayı | 12 |
Stadion sayı | 4 (4 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | İngiltərə |
İkinci | Kot-d'İvuar |
Üçüncü yer | Şotlandiya |
Dördüncü yer | Çexiya |
Yarış statistikası | |
Oyun sayı | 22 |
Qol sayı | 61 (matç başına: 2.77) |
Mükafat sahibləri | |
Bombardir(lər) |
Çiko Banza Harvi Barns Corc Hirst (4 qol) |
Ən yaxşı oyunçu | David Bruks |
← 2016 2018 → |
Bağla
Turnirin bu ilki qalibi keçən il titula sahib olan İngiltərə millisi olmuşdur. Onlar finalda Kot-d'İvuar millisi ilə 1-1 hesabı ilə bərabərə qalsalar da, penaltilərdə 5-3 hesabı ilə qalib gələrək altıncı dəfə turnirin qalibi oldular.[4]