From Wikipedia, the free encyclopedia
Abel Aqanbekyan[4] və ya Abel Aqanbeqyan[5] (erm. Աբել Գյոզի Աղանբեկյան, rus. Абел Гезевич Аганбегян; 8 oktyabr 1932[6][1][…] və ya 1932[7][8], Tiflis[6][1]) — Ermənistan və Rusiya alimi, iqtisadiyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, yenidənqurma illərində Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri.
Abel Aqanbekyan 8 oktyabr 1932–ci ildə Tbilisidə anadan olmuşdur. 1955-ci ildə Moskva dövlət iqtisadiyyat institutunu bitirmiş, Moskvada müxtəlif elmi vəzifələrdə çalışmışdır.
"Eko" jurnalının baş redaktoru həmçinin "Elm və Həyat" jurnalının redaksiya heyətinin üzvü olmuşdur. 1989–2002–ci illər ərzində, Rusiya hökuməti nəzdində Xalq təsərrüfatı akademiyasının rektoru vəzifəsində çalışmışdır.
Aqanbekyan 1980–ci illərin sonunda Moskvada erməni lobbisinin ən güclü nümayəndələrindən biri idi. Abel Aqanbekyan erməni millətçilərinin 80–ci illərin sonunda Dağlıq Qarabağı Azərbaycandan qoparmaq üçün başlatdıqları "Miatsum" hərəkatının görkəmli nümayəndələrindən biridir. Aqanbekyan, 1987–ci ilin noyabrında Parisdə Fransa Erməni institutunun və Erməni veteranlar assosiasiyasının onun şərəfinə təşkil etdiyi tədbirdə Qarabağ barədə bu sözləri demişdir:
"Mən bir iqtisadçı kimi hesab edirəm ki, Qarabağ iqtisadi cəhətdən daha çox Ermənistana bağlıdır, nəinki Azərbaycana".
Qarabağın Ermənistana verilməli olduğu fikrini o, Fransanın "Humanite" (L'Humanité) qəzetinə müsahibəsində də dəfələrlə bəyan etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.