Abide Pərvin
From Wikipedia, the free encyclopedia
Abide Pərvin (20 fevral 1954[1], Larkan, Sind əyaləti) [2] - Pakistanlı sufi müsəlman, bəstəkar və musiqiçi. O həm də rəssam və pedaqoqdur. Abide Pərvin Pakistanın ən çox qazanan müğənnilərindən biridir.[3] İfası və musiqisi ona xeyli sayda mükafatlar qazandırmış və o, "Sufi musiqisinin şahzadə"si adlandırılmışdır.
Abide Pərvin | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 20 fevral 1954(1954-02-20)[1] (70 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | sufi müğənni[d], səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 1973-cü ildən |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Abide Pərvin Larkanda sindli-sufi ailəsində anadan olmuşdur. O atası Ustad Qulam Heydərdən ilk təhsilini almışdır (bu şəxsi bəstəkar Qulam Heydərlə səhv salmayın). O çoxsimli musiqi aləti olan Sitarda, Orqan kimi səslənən klavişli (dilli) nəfəslə çalınan musiqi alətində ifa etməyi bacarırdı. Pərvin ifa etməyə 1970-ci ildə başlamış və dünyada 1990-cı ildə tanınmışdır. 1993-cü ildə Pərvin bütün dünya üzrə qastrol səfərinə çıxmış və Kaliforniyada Buena Parkda ilk beynəlxalq konsertini vermişdir.[4] O bir neçə dəfə kilsələrdə çıxış etmişdir. Pərvin həmçinin Pakistanın populyar musiqili şousu - Coke Studioda iştirak etmişdir. O eyni zamanda Aişə Takianın aparıcısı olduğu Cənubi Asiya şousu olan Sur Kşetra müsabiqəsində Runa Leyla və Aşe Boşle ilə birgə münsif kimi iştirak etmişdir.[5] O müxtəlif hind və Pakistan musiqili realitik şoularında, o cümlədən "Çxote ustad", "STAR Voice of İndia", "Pakistan İdol" müsabiqələrində iştirak edib. Sufi ifaçı müsəlman dünyasının 500 ən nüfuzlu şəxsinin siyahısına daxil edilib. Pərvin auditoriyanı ələ almaq bacarığı ilə "qlobal mistik sufi səfiri" dir. Son illərdə o Pepsi ilə əməkdaşlıq edərək Ramazan ayında dini musiqi ifa edir, o həm də Atif Aslam ilə əməkdaşlıq edir.
Pərvin dünyanın ən ən məşhur mistik ifaçılarından biri hesab edilir. O adətən qəzəllər, klassik, yarıklassik, sufi roku, damri, qavvali, raqa, xyal musiqi, solo janrı, sufi şairlərin repertuarından musiqilər ifa edir.
Pərvin urdu, sind, seraiki, pəncabi, ərəb və fars dillərində musiqi ifa edir.[6][7] O həmçinin Katmandu konsertində Nepal müğənnisi Tara Devinin «Ukali Orali Haruma» adlı nepal dilində olan musiqini də ifa etmişdir. 2017-ci ildə Cənubi Asiya Regional Əməkdaşlıq Assossasiyası tərəfindən "Sülh səfiri" təyin edilmişdir.
Pərvin Rəqs-e Mismil və Tere İşq Naçaya albomundakı Bulleh Şah poeziyasından ifa etdiyi Yaar ko Humne yüksək səsli musiqilərinə görə daha çox tanınır.[8] 2012-ci ildə Pakistanın ikinci yüksək mülki mükafatı- "Hilal-e İmtiyaz" ilə Pakistan prezidenti tərəfindən təltif olunub.[9]