Acı bağırsaq
From Wikipedia, the free encyclopedia
Acı bağırsaq (lat. jejunum) — insanlarda və ən yüksək onurğalılarda, o cümlədən məməlilər, sürünənlər və quşlarda nazik bağırsağın ikinci hissəsi.
Onun membranı əvvəllər onikibarmaq bağırsağın fermentləri tərəfindən həzm olunmuş qida maddələrinin kiçik molekullarının enterositlər tərəfindən udulması üçün ixtisaslaşmışdır.
Acı bağırsağın döngələri qarın boşluğunun yuxarı sol hissəsində yerləşir.[1] Acı bağırsaq və qalça bağırsağın arasındakı bölünmə anatomik olaraq fərqlənmir.[2]
Yetkinlərdə qalça bağırsaq adətən 6-7 m (20-23 fut) uzunluğundadır, bunun təxminən beşdə ikisi acı bağırsaqdır.[3]