Adəm körpüsü (sanskr. Rāmasētu रामसेतु, tam. இராமர் பாலம்) — Hind okeanında, Hindistan və Şri-Lanka arasında 48 kilometrlik mərcan adalarısaydan ibarət olan ensiz xətt.

Thumb
Adəm körpüsü: kosmosdan çəkiliş
Thumb
Adəm körpüsü: təyyarədən görünüş
Thumb
Aazdəm körpüsü: xəritə

Dəniz dibinin geoloji cəhətdən nəzərəçarpacaq dərəcədə yüksəlməsi, Ramnad burnu yaxınlığından, Ramesvaram adasından başlayaraq Mannar adasına qədər uzanır. Səmadan kiçik adalar kimi görünür, lakin onun böyük hissəsi 1 və 1,25 m dərinliyində sualtı dayazlıqlardan ibarətdir. Bu sırada yerləşən Pamban keçidindən kiçik gəmilər istifadə edilə bilər. Körpü zəncirinə paralel olaraq bərə keçidi var.

Ərəb və portuqal xəritələrindəki təsvirlərə görə Ramasetu XV əsrin sonılarına qədər gəmilərin keçidi üçün əlverişli olmuşdur. Ancaq zəlzələ və fırtınalar səbəbindən keçid bağlanmışdır[1].

Brahmanlar Adəm körpüsünü Rama körpüsü və ya Nali körpüsü adlandırırlar. Ramayana eposuna görə körpü imperator Ramanın əmri ilə inşa edilmişdir. Əfsanəyə görə tikinti işləri Vişvakarmanın oğlu Nalının rəhbərliyi altında, üstəlik vanara ordusunun dəstəyi ilə inşa edilmişdir. Bu körpü ilə Ramanın ordusu Şri-Lankada yerləşən iblis Ravannın ordusu ilə vuruşmaq məqsədi ilə hərəkət etmişdir. Səbəb isə Ramanın sevgilisi Situnun oğurlanması olur.

Müsəlmanların əfsanəsinə görə Adəm (əlehisallam) Cənnətdən qovularkən Şri-Lankada yerləşən Adəm dağına atılır. Əfsanəyə görə Həvva isə bu zaman Ciddə ətrafı ərazilərdə olur. Adəm (əlehisallam) onun yanına getmək məqsədi ilə bu quru yolu, keçiddən istifadə etmişdir.

Hal-hazırda Hindistan hökuməti Hindistan və Şri-Lanka arasında boğazın dərinləşdirilməsi üçün bir layihə hazırlamışlar. Bu ada ətrafına 30 saatlıq naviqasiya (təxminən 400 km) qənaət edəcək. Layihənin müxalifləri isə Ramasetin ölkənin tarixi irsi kimi qorunmalı olduğunu bəhanə edərək buna qarşı çıxırlar.

İstinadlar

Ədəbiyyat

Mənbə

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.