Aetalar
From Wikipedia, the free encyclopedia
Aeta[1] (Özlərini ata və ya puqut adlandırırlar) — Avstraloid[2] irqinə mənsub qəbilə, Filippin adalarının köklü xalqlarındandır. Qədim avtoxton əhalisinin törəmələridir.
Cəld faktlar Ümumi sayı, Yaşadığı ərazilər ...
Bağla
Luzon adasının şərqində dağlıq və dağ ətəyi ərazilərində yarılmışdır. Onların Eta, Atta, Aqta, Baluqa və duqanat qəbilələri vardır. Onların kiçil bir qrupu Neqros adası, Panay adalarının daxili hissələrində və Mindanao adasının şimal-şərqində yauılmışlar. Bəzən Aetalara Mindoro və Palavan adalarında yayılmış avstraloidlər də olara aid edilirlər. Sayları 50 min nəfər (1967), onların 30,000 Luzon adasında yaşayır. Müxtəlif ləhcələrdə danışırlar. Dil Malay-polineziya dillərinə daxildir. Son zamanlar tamamən qonşu fillipin dillərində danışırlar.