Al Sani sülaləsi1971-ci ildən bu günədək Qətər əmirliyində hakimiyyətdə olan sülalə.

Cəld faktlar Ölkə, Banisi ...
Al Sani sülaləsi
Ölkə
Banisi Sani bin Məhəmməd
Sonuncu hökmdar Təmim bin Həməd Al Sani
Hazırkı rəhbər Təmim bin Həməd Al Sani
Əsası qoyulub 1825
Titullar
Hakim
Əmir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarixi

Al Sani sülaləsi Bəni Təmim ərəb qəbiləsinə məxsusdur[1]. XVIII əsrdə Nəcddən Qətərə köçmüşdülər. Bəhreyn şeyxlərinin hakimiyyəti dövründə Doha şəhərində məskunlaşırlar. 1850-ci ildə Şeyx Al Sani hakimiyyətini Dohada və ətraf qəbilələr üzərinə genişləndirə bilir. Tezliklə Al Sani sülaləsi bütün Qətərdə hakimiyyəti ələ keçirir. 1868-ci ildə Bəhreyndən başqa bütün ölkələr Məhəmməd bin Sani Al Saninin müstəqil Qətər Əmirliyini tanıyıb[2]. Həmin il, Şeyx Məhəmməd bin Sani Al Sani Böyük Britaniya ilə müqavilə imzalayır. Qətərin xarici siyasətdə Böyük Britaniyadan asılı vəziyyətə düşür. 1871-ci ildə Şeyx Məhəmməd bin Sani Osmanlı imperiyasından və Doha bəylərbəyliyindən titul alır.

Məhəmməd bin Saninin oğlu və vəliəhdi Casim bin Məhəmməd (18781913) ingilislərə əks siyasət yeridir. Ondan sonra hakimiyyətə gələn Abdullah bin Casim (19131949) dövründə ingilislər Qətərə muxtariyyət verməyə razılaşır. Ancaq, kəşfiyyat və neft hasitalı ingilislərin əlində qalırdı. Əli bin Abdullah Al Sani (19491960)öz israfçılığı ilə məşhur idi. 1960-cı ilin oktyabr ayında sülalədaxili ziddiyyətlər nəticəsində Əli bin Abdullah oğlu Əhmədin xeyrinə taxt-tacdan imtina edir. Yeni şeyx Əhməd bin Əli (19601972) demək olar ki, ölkədə tapılmırdı. O, daima qumarxanalarla məşhur olan Livana və Monte-Karloya gedirdi. Dövlətin faktiki rəhbəri şeyxin varisi şahzadə Xəlifə bin Həməd Al Sani idi. Şahzadə Xəlifə bin Həməd maliyyə, məhkəmə icraatı, dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatları uğurla həyata keçirdir. 1971-ci il konstitusiyasına əsasən ölkə müstəqil Qətər əmirliyi elan edilir.

Nümayəndələri

Hakimləri

Əmirləri

Mənbə

  • Рыжов К. В. Все монархи мира. Мусульманский Восток. XV–XX вв. — М.: Вече, 2004. — 544 с.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.