Albaniyalı Heraldin
From Wikipedia, the free encyclopedia
Qrafinya Heraldin Marqit Virciniya Olqa Mariya Apponi de Nad-Apponi (mac. Géraldine Margit Virginia Olga Mária Apponyi de Nagy-Appony; 6 avqust 1915[1], Budapeşt[2] – 22 oktyabr 2002[2][3], Tirana[2]) — 27 aprel 1938-ci ildə Kral I Zoğu ilə evliliyindən növbəti ilin aprelin 7-də Kral taxtdan salınana qədər albanların kraliçası.
Heraldin Marqit Virciniya Olqa Mariya Apponi de Nad-Apponi | |
---|---|
mac. Géraldine Margit Virginia Olga Mária Apponyi de Nagy-Appony | |
Doğum tarixi | 6 avqust 1915(1915-08-06)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 oktyabr 2002(2002-10-22)[2][3] (87 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Həyat yoldaşı | I Zoğu |
Uşağı | 1 |
Atası | Qraf Dyula Apponi de Nad-Apponi |
Anası | Qledis Virciniya Stüart |
Fəaliyyəti | consort[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Heraldin Avstriya-Macarıstanda zadəgan Apponi ailəsində anadan olub. Onun ailəsi 1918-ci ildə Avstriya-Macarıstan monarxiyası ləğv edildikdən sonra İsveçrəyə qaçıb. 1921-ci ildə Macarıstana qayıtdılar, lakin 1924-cü ildə atası Dyula vəfat etdikdən sonra onun Amerika əsilli anası Qledis Heraldini və iki bacısını Fransanın cənubunda yaşamağa apardı. Daha sonra Heraldin Avstriyada internat məktəbində təhsil aldı. O, 1938-ci ildə alban kralı I Zoğu ilə tanış oldu və qısa müddət sonra evləndilər.
İtaliyanın Albaniyaya hücumu Zoğunun hakimiyyətini kəsdi. İkinci Dünya Müharibəsi zamanı Kral Zoğu və Kraliça Heraldin əvvəlcə Fransada, sonra isə İngiltərədə yaşayıblar. Sonralar yenidən Fransada və Misirə yaşamaq üçün getdilər. Əri 1961-ci ildə Parisdə vəfat etdikdən sonra Heraldin Kraliça Ana titulunu aldı və oğlu Albaniyanın Vəliəhdi I Lekanın hakimiyyət hüquqlarını müdafiə etdi. O və Leka ardıcıl olaraq İspaniya, Rodeziya və Cənubi Afrikaya qaçdılar. Heraldinin 2002-ci ildə Albaniyaya qayıtmasına icazə verildi və o, həmin il 87 yaşında orada vəfat etdi.