Albaniyanın bölünməsi
From Wikipedia, the free encyclopedia
Albaniyanın bölünməsi (alb. Copëtimi i Shqipërisë) — Albaniya nümayəndə heyəti Vloreyada toplaşdıqdan sonra, gələcək Albaniya dövlətinin sərhədlərinin təyini 28 noyabr 1912-ci ildə elan edildi. Bir çox cəhətdən Albaniyanın cənub və şimal sərhədləri Birinci Balkan müharibəsinin iki döyüşü ilə təyin olundu: Bizani döyüşü və Şkodra mühasirəsi. Bu döyüşlərdə bir tərəfdən Yunan və Monteneqronun qüvvələri , digər tərəfdən isə Osmanlılar (bu döyüşlərdə albanlar Osmanlı İmperiyasının əhəmiyyətli bir hissəsini təşkil edirdi.) döyüşürdü. Böyük dövlətlərin iştirakı ilə keçirilən bir sıra beynəlxalq görüşlər də sərhədlərin müəyyənləşdirilməsinə təsir göstərmişdir.
London Barışıq Konfransı 29 iyul 1913-ci ildə, dünyanın altı super güclü dövləti - İngiltərə, Fransa, Avstriya-Macarıstan, Rusiya, Almaniya və İtaliya - tərəfindən Albaniyanın sərhədləri razılaşdırıldı. Lakin, Albaniya milli hərəkatının nümayəndələri konfransın qərarını ölkənin bölünməsi kimi qəbul etdi, çünki albanların bir hissəsi Albaniya vilayətinə daxil olmadığı ərazidə qalmalı idi[1][2][3]. Birinci Dünya müharibəsi illəri və sonrası Albaniyanı bölməyi planlaşdırdılırdı[4]. Lakin bu planlar reallaşmadı və Albaniya öz suverenliyini qorudu. Onu bölmək cəhdləri İkinci Dünya müharibəsi və müharibədən sonrakı illərdə də davam etdi.[5].