Almaniya–Yaponiya münasibətləri
İkitərəfli əlaqələr / From Wikipedia, the free encyclopedia
Almaniya–Yaponiya münasibətləri (alm. Deutsch-japanische Beziehungen; yap. 日独関係) — Almaniya Federativ Respublikası ilə Yaponiya İmperiyası arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında əlaqələr rəsmi olaraq 1861-ci ildə Prussiyadan Yaponiyaya ilk səfirin səfər etməsi ilə qurulmuşdur (1866–1870-ci illərdə Almaniya imperiyasının yaranmasından əvvəl). Yaponiya 1867-ci il Meyci islahatından sonra intensiv elmi-mədəni mübadilə vasitəsilə alman modelini tətbiq edərək sürətlə müasirləşmişdir. 1900-cü ildə Yaponiya İngiltərə ilə müttəfiqlik əlaqələri yaratdıqdan sonra Almaniya və Yaponiya Birinci Dünya müharibəsində düşmən oldular. Yaponiya 1914-cü ildə Almaniya imperiyasına müharibə elan etmiş və Çin və Sakit okeandakı mühüm alman mövqelərini ələ keçirmişdi.
Almaniya–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
1930-cu illərdə hər iki ölkə öz bölgələrinə qarşı təcavüzkar hərbi yanaşma ortaya qoydular. Bu da onların yaxınlaşmasına və nəticə olaraq İtaliyanın da daxil olduğu Məhvər dövlətləri adlı yeni hərbi-siyasi ittifaqın qurulmasına səbəb oldu. Lakin İkinci Dünya müharibəsi zamanı Məhvər dövlətləri arasındakı məsafələrin böyük olması səbəbindən ittifaq məhdudlaşdı; belə ki, Yaponiya və Almaniya əsas etibarilə ayrı-ayrı cəbhələrdə mübarizə aparırdılar və ən sonda ayrı-ayrı təslim oldular.
İkinci Dünya müharibəsindən sonra hər iki ölkənin iqtisadiyyatı sürətlə bərpa oldu; iqtisadi məsələlər üzərində fokuslanan ikitərəfli əlaqələr tezliklə yenidən quruldu. Hazırda Yaponiya və Almaniya, müvafiq olaraq, dünyanın ən böyük iqtisadiyyatına malik üçüncü və dördüncü dövlətidir və siyasi, mədəni, elmi və iqtisadi sahədəki əməkdaşlıqdan qarşılıqlı olaraq böyük fayda əldə edirlər.
2012-ci ilin sonlarında Bertelsmann Fondunun keçirdiyi sorğunun nəticələrinə görə, almanlar Yaponiyaya çox müsbət baxır və bu dövləti çox hallarda rəqib kimi görmür, daha çox tərəfdaş hesab edirlər. Yaponların da almanlar barədə düşüncələri müsbətdir: sorğu iştirakçılarının 97%-i Almaniyaya müsbət baxır, yalnız 3%-i Almaniya barədə mənfi düşünür.[1]