Ana Vətən Partiyası (Azərbaycan)
siyasi partiya / From Wikipedia, the free encyclopedia
Ana Vətən Partiyası və ya qısaca AVP — Azərbaycanda Fəzail Ağamalı tərəfindən 24 noyabr 1990-cı ildə qurulan və 1992-ci il avqustun 11-də dövlət qeydiyyatına alınan siyasi partiya. Ana Vətən Partiyası 1996-cı ildən Milli Məclisdə təmsil olunur. Ana Vətən Partiyasına 1990-cı ildən Fəzail Ağamalı rəhbərlik edir.
Cəld faktlar Sədri, Qurucu ...
Ana Vətən Partiyası | |
---|---|
Sədri | Fəzail Ağamalı |
Qurucu | Fəzail Ağamalı |
Sədr müavinləri |
Elçin Ağamalı Yalçın Hacızadə |
Quruluş tarixi | 24 noyabr 1990 |
Qeydiyyat tarixi | 11 avqust 1992 |
Birləşən | Vətən Ocağı Partiyası (1993)[1][lower-alpha 1] |
Bölünmə | Azərbaycan Hümmət Partiyası (1993) [1][lower-alpha 2] |
Baş qərargah | Ə. Əliyev küç. 3, Nərimanov rayonu |
İdeologiya | Azərbaycan milliyətçiliyi |
Üzvlüyü | Məşvərət Məclisi (1997-?) |
Üzv sayı | 5 mindən çox[2] (2023) |
Milli Məclisdə |
1 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Bələdiyyə üzvləri |
187 / 15.156 |
Saytı | avp.az |
Bağla
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Ana Vətən Partiyasının üzvlərinin 60%-i kişi, 40%-i isə qadın olmuşdur.[3]