molyusklar tipinin, İkitaylılar sinfinin nümayəndəsi From Wikipedia, the free encyclopedia
Anodonta — şirin sularda yaşayan molyusk növü. Azərbaycanda xalq arasında (Salyan və Neftçala rayonlarında) Çaqqanağ adlandırılır.
Anadonta göllərin və çayların dibində yaşayan su heyvanıdır. Bədən iki tay çanaq içində yerləşir. Çanaqlar bədənin bel tərəfinə ön və arxa hissədə yerləşən iki güclü əzələ vasitəsilə bir-birinə bağlanır.
Uzunluğu 10 sm-ə qədərdir. Su dibində yarıya qədər quma batmış vəziyyətdə oturaq həyat tərzi keçirir. Çanağının daxili qatı müxtəlif rənglərlə bərq vuran parlaq sədəflə örtülmüşdür. Bu cinsə 50 növ daxildir. Azərbaycanda isə cəmi üç növü yayılıb.
Anodontanın başı reduksiyaya uğramışdır. Ayağın dibinə yaxın ağız yerləşir. Manti boşluğuna daxil olan suda birhüceyrəli canlılarla qidalanır.
Həzm kanalı — ağız, udlaq, qida borusu, mədə, bağırsaq və anal dəlikdən ibarətdir.həzm sistemində qaraciyər mövcuddur və həzm şirələri ifraz edir. Anadonta giriş sifonundan su ilə birgə daxil olmuş qida maddələri və üzvi qalıqlarla qidalanır.
Çanağın daxilində yerləşən qəlsəmələr vasitəsilə suda həll olmuş oksigen ilə tənəffüs edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.