From Wikipedia, the free encyclopedia
Anortit (yun. άνορθός – çəp) – plagioklazlar qrupuna aid süxur əmələgətirən mineral. Albit-anortit izomorf sırasının sonuncu üzvü. Kimyəvi tərkibi Ca(Al2Si2O8) (20,1% – CaO; 36,7% –Al2O3; 43,2% – SiO2). Sinqoniyası triklinikdir. Kristalları prizmatik, lövhəvidir. Yöndəmsiz dənələr formasında, sıx dənəli aqreqatlar şəklində rast gəlinir. Ağ, bozumtul, sarımtıl və s. rənglərdə olur. Şüşə parıltılıdır. Sərtliyi – 6–6,5, sıxlığı 2740–2760 kq/m³. Əsasi və ultraəsasi maqmatik süxurları (bazalt, qabbro və s.) əmələ gətirən mühüm minerallardandır. Xalis Anortit az tapılır. Anortitə meteoritlərdə də təsadüf edilir. Digər plagioklazlarla yanaşı saxsı istehsalında istifadə olunur.[2]
Anortit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
CaAl₂Si₂O₈ |
Strunz təsnifatı | VIII/F.03c[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.