Ante Paveliç
From Wikipedia, the free encyclopedia
Ante Paveliç (xorv. Ante Pavelić; 14 iyul 1889[1][2][…] – 28 dekabr 1959[3][1][…], Madrid[3]) — radikal millətçi cərəyandan olan xorvat siyasi və dövlət xadimi, Ustaş faşist təşkilatının qurucusu və lideri (1929 - 1945 )[4][5][6]. 1941-ci ildən 1945-ci ilə qədər o, 1941-ci ilin aprelində Ox ölkələrinin hərbi və siyasi dəstəyi ilə yaradılmış Müstəqil Xorvatiya Dövlətinin (MXD) diktatoru (“Poqlavnik”) olmuşdur.
Ante Paveliç | |
---|---|
xorv. Ante Pavelić | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 iyul 1889(1889-07-14)[1][2][…] |
Vəfat tarixi | 28 dekabr 1959(1959-12-28)[3][1][…] (70 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, vəkil, hərbi qulluqçu |
Dini | katolisizm |
Rütbəsi | general |
Elmi fəaliyyəti | |
Elm sahəsi | advokat[d] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1915-1929-cu illərdə Xorvatiya Hüquq Partiyasının katibi olmuşdur. Təhsilinə və peşəsinə görə vəkildir.
Paveliçin hakimiyyəti illərində MXD ərazisində serblərə, yəhudilərə və qaraçılara qarşı soyqırım və ayrı-seçkilik siyasəti aparılıb, Ustaş rejiminin əleyhdarlarına qarşı da terror həyata keçirilib. Paveliçin rəhbərlik etdiyi rejim İkinci Dünya müharibəsinin sonuna qədər Üçüncü Reyxin sadiq müttəfiqi olaraq qalmış və öz hissələrini SSRİ-yə qarşı müharibəyə də göndərmişdir.
1945-ci ilin mayında MXD-nin dağılması zamanı Paveliç ölkədən qaçmışdır. Avstriya, İtaliya, Argentina, İspaniyada gizlənmişdir. Elə həmin il Yuqoslaviya məhkəməsi tərəfindən qiyabi olaraq ölüm cəzasına məhkum edilmişdir.
Emiqrasiyada olarkən Paveliç siyasi fəaliyyətini davam etdirmiş, o cümlədən Xorvatiya Azadlıq Hərəkatı partiyasını yaratmışdır. 28 dekabr 1959-cu ildə Madriddə vəfat edib.