Antropoid əməliyyatı
sui-qəsd əməliyyatı / From Wikipedia, the free encyclopedia
Antropoid əməliyyatı (çex. operace Anthropoid) — Nasist Almaniyasının siyasətçisi və dövlət xadimi, Reyx Təhlükəsizliyinin Baş İdarəsinin rəisi (1939–1942), Bohemiya və Moraviyanın imperiya protektorunun müavini (vəzifəsini icra edən; 1941–1942) SS Oberqruppenfüreri və Polis generalı (1941-ci ildən) Reynhard Heydrixin məhv edilməsi əməliyyatının kod adı.[1] Əməliyyatı Britaniya kəşfiyyat idarəsi "Xüsusi Əməliyyatlar Müdirliyi" və Çexoslovakiyanın Azadlığı üzrə Milli Komitəsi (Mühacir Çexoslovakiya hökuməti) birgə hazırlayıb həyata keçirib. Sui-qəsd 27 may 1942-ci ildə Praqada Çexoslovakiya Müqavimətinin iki üzvü, slovak Yozef Qabçik və çex Yan Kubiş tərəfindən həyata keçirilib.[2] İyunun 4-də Heydrix aldığı yaralardan dünyasını dəyişib.[3]
Antropoid əməliyyatı çex. operace Anthropoid | |||
---|---|---|---|
İkinci Dünya müharibəsi Müqavimət Hərəkatı (Çexoslovakiya) | |||
| |||
Tarix | 27 may 1942 | ||
Yeri | Praqa ətrafı | ||
Səbəbi | Edvard Beneşin Çexoslovakiyada Müqavimət Hərəkatını canlandırmaq təşəbbüsü | ||
Nəticəsi | nisbi müvəffəqiyyət: Reynhard Heydrix yaralandı və iyunun 4-də hospitalda öldü | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Çexoslovaklar sürgündə olan hökumətə legitimlik verməyə kömək etmək və Heydrixin qəddar hakimiyyətinə son vermək üçün əməliyyatı öz üzərinə götürdülər.[4] Əməliyyat Böyük Britaniya Xüsusi Əməliyyatların Təşkili idarəsinin köməkliyi ilə həyata keçirildi. Əməliyyat İkinci Dünya müharibəsi zamanı yüksək rütbəli nasist liderinin məhvinin hökumət tərəfindən maliyyələşdirməsi təsdiqlənmiş yeganə hadisədir. Heydrixin ölümü kəndlərin dağıdılması və dinc əhalinin kütləvi şəkildə öldürülməsi də daxil olmaqla SS qoşunlarının repressiya dalğasına səbəb oldu.
Həm sui-qəsd, həm də onun nəticələri haqqında Çexiya, Slovakiya və İngiltərə kimi müxtəlif ölkələrdə çoxsaylı xatirə abidələri ucaldılıb. Bundan əlavə, hadisələr bir neçə populyar dramatik filmdə təqdim edilib. Populyar mədəniyyətdə bu hadisələr İkinci Dünya müharibəsinin ümumi kontekstində və xüsusən də nasistlərin fəaliyyətini göstərən filmlərdə, o cümlədən Reynhard Heydrix barədə çəkilmiş kino lentlərdə əksini tapıb.