From Wikipedia, the free encyclopedia
Apuzeni Milli Parkı (rum. Parcul Natural Apuseni) — Rumıniya ərazisində qorunan təbiət zonası (təbii park). BTMB-nın V (Qorunan landşaft/akvatoriya) kateqoriyasına daxildir. İnzibati baxımdan Alba, Bihor və Kluj rayonlarına (judesa) aiddir[1].
Apuzeni Milli Parkı | |
---|---|
rum. Parcul Natural Apuseni | |
BTMB kateqoriyası — V (Qorunan landşaft/akvatoriya) | |
Sahəsi | 75 784 hektar |
Yaradılma tarixi | 2000 |
Yerləşməsi | |
46°36′14″ şm. e. 22°48′36″ ş. u.HGYO | |
Ölkə | Rumıniya |
parcapuseni.ro | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Apuzeni Milli Parkı Rumıniyanın qərbində yerləşir. Qərbi Rumıniya dağlarının şimali və mərkəzi qurtaracağındadır. Təbii parkın qismən cənubdan Bihor dağının, şimaldan isə Vladesa dağının ərazisini əhatə edir[2].
Apuzeni Milli Parkının ümumi sahəsi 75,784 hektardır[3]. Ərazi 2000-ci il 6 martda № 5 qanunla qoruq elan olunmuş (Monitorul Oficial № 152 12 aprel 2000-ci il)[4]. Milli Park əsasən dağlıq ərazini əhatə edir (dağlar, zirvələr, karlar, mağaralar, dərələr, karst zonası, meşələr və yaylaqlar). Park qərbi Karpatlara xarakterik flora və faunaya məxsusdur.
Milli Parkın tırkibinə daxil olan təbii qoruqlar: Izbucul de la Cotețul Dobreștilor (0,20 ha), Izbucul Mătișești (2 ha), Izbucul Tăuzului (1 ha), Coiba Mare mağarası (0,50 ha), Avenul din Hoanca Urzicarului (1 ha), Skerişoara mağarası (1 ha) və Ghețarul de la Vârtop (1 ha). Bu qoruqlar Alba qraflığında yerləçir[5]; Pietrele Galbenei (6,30 ha), Cetatea Rădesei mağarası (20 ha), Poiana Florilor (1 ha), Carstic Padiș platosu (39 ha), Valea Galbenei (70,50 ha), Valea Sighiștelului (412,60 min. ha), Vârful Biserica Moțului (3 ha), carstic Lumea Pierdută paltosu (39 ha), Cetățile Ponorului (14,90 ha), пещера Ghețarul Focul Viu (0,10 ha), Ciur Izbuc mağarası (0,10 ha), Mikulı mağarası (0,10 ha), Ayı mağarası (1 ha), Smeii de la Onceasa mağarası (0,50 ha) və Cerbului Cave-Avenul cu Vacă (45 ha) - Bihor rayonu[5]; Molhașul Mare de la Izbuc (8 ha) isə Kluj rayonunda yerləşir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.