Asteriya (yun. Ἀστερία – ulduzlu) yunan mifologiyasında titan ulduz ilahəsi[1], titan Koy və Febanın qızı[2], Persin arvadı və Heketanın anası[3]. Bir dəfə tanrı Zevs Asteriyaya vurularaq onun könlünü qartal cildində almağa calışmışdır[4], canını qurtarmaq üçün Asteriya cəld bildirçin cildinə girərək özünü dənizə atır. Onun adına Asteriya (sonralar şəhər Delos adlandırılmışdır) şəhəri adlandırılmışdır[5]. Higinə görə guya ondan imtina etdiyi üçün Zevs onu bildirçinə çevirərək dənizə atmışdır. Nəticədə bildirçin adası – Ortigiya meydana gəlmişdir[6].
Cəld faktlar Mifologiya, Adının izahı ...
Bağla
Digər bir rəvazətə görə Zevs ona yiyələnmiş və Asteriya ondan Heketanı dönyaya gətirmiş, sonra Zevs onu Persə ərə vermişdir[7]. Bir rəvayətdə isə onun Poseydon tərəfindən təqib edildiyi göstərilir[8]. Başqa bir rəvazətə görə Asteriyanı göydən düşmüş bir ulduza bənzədirlər[9].