Azərbaycan 2000 Yay Paralimpiya Oyunlarında
From Wikipedia, the free encyclopedia
Azərbaycan — 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XI Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 18-28 oktyabr tarixlərində baş tutan XI Yay Paralimpiya Oyunlarında 7 idmançı ilə 3 idman növündə təmsil olundu.
Azərbaycan 2000 Yay Paralimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Paralimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 7 idmançı (3 idman növündə) | ||||||||
Medallar Yer: 60 |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 |
Azərbaycan Milli Paralimpiya Komandası XI Yay Paralimpiya Oyunlarını 1 gümüş medalla başa vurdu. Komandanın heyətində atıcı Yelena Taranova gümüş medala sahib oldu. Pauerliftinq idman növündə qızıl medala sahib olan Gündüz İsmayılov isə ondan dopinq üçün götürülən qan analizi nümunəsində qadağan olunan nandrolone preparatı olduğuna görə onun nəticələri ləğv edildi və qızıl medaldan məhrum edildi.
XI Yay Paralimpiya Oyunlarında 1 gümüş medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 60-cı pillədə, medalların sayına görə isə 61-ci pillədə qərarlaşdı.