Azərbaycan 2020 Yay Paralimpiya Oyunlarında
From Wikipedia, the free encyclopedia
Azərbaycan 2021-ci ilin[lower-alpha 1] 25 avqust–6 sentyabr tarixlərində Yaponiyanın Tokio şəhərində baş XVI Yay Paralimpiya Oyunlarında 36 idmançı ilə 6 idman növündə təmsil olundu.
Azərbaycan 2020 Yay Paralimpiya Oyunlarında | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
BOK Kodu | AZE | ||||||||
MOK | Azərbaycan Milli Paralimpiya Komitəsi | ||||||||
İdmançı sayı | 36 idmançı (6 idman növündə) | ||||||||
Bayraqdar | Oloxan Musayev (açılış mərasimi) Lamiyə Vəliyeva (bağlanış mərasimi) | ||||||||
Medallar Yer: 10 |
| ||||||||
Yay Olimpiya Oyunları | |||||||||
1996 • 2000 • 2004 • 2008 • 2012 • 2016 • 2020 • 2024 | |||||||||
Qış Olimpiya Oyunları | |||||||||
1994 • 1998 • 2002 • 2006 • 2010 • 2014 • 2018 • 2022 |
Azərbaycan Milli Paralimpiya Komandası XVI Yay Paralimpiya Oyunlarını 19 medalla (14 qızıl, 4 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular Şahanə Hacıyeva (qızıl), Vüqar Şirinli (qızıl), Sevda Vəliyeva (qızıl), Xanım Hüseynova (qızıl), Hüseyn Rəhimli (qızıl), Dursədəf Kərimova (qızıl), Namiq Abaslı (bürünc) və İlham Zəkiyev (bürünc), yüngül atletlər Lamiyə Vəliyeva (qızıl və gümüş), Həmid Heydəri (qızıl), Elvin Astanov (qızıl), Orxan Aslanov (qızıl), Səid Nəcəfzadə (bürünc), üzgüçülər Roman Saleh (üç qızıl) və Vəli İsrafilov (qızıl), həmçinin pauerliftinqçi Pərvin Məmmədov (bürünc) medala sahib oldu.
XVI Yay Paralimpiya Oyunlarında 14 qızıl, 1 gümüş və 5 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 10-cu pillədə, medalların sayına görə isə 20-ci pillədə qərarlaşdı.