Azərbaycan siyasi partiyalarının siyahısı
From Wikipedia, the free encyclopedia
Bu siyahı Azərbaycanda fəaliyyət göstərən və göstərmiş dövlət qeydiyyatlı və dövlət qeydiyatında olmayan siyasi partiyaların siyahısını və onlar barədə məlumatları əhatə edir. Azərbaycanda siyasi partiyalar və onların fəaliyyəti "Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının Qanunu" ilə tənzimlənir.[1] Azərbaycanda siyasi partiyaların dövlət qeydiyyatı məsələsi Ədliyyə Nazirliyinin balansındadır. Dövlət qeydiyyatında olan siyasi partiyalar bələdiyyə, parlament və prezident seçkilərində iştirak edə bilər.
1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan dövlət müstəqilliyi əldə etdi. Müstəqillik qazanıldıqdan sonra Etibar Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyası, Azad Nəbiyevin rəhbərlik etdiyi Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası və Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyası dövlət qeydiyyatına alınmış ilk siyasi partiyalar kimi Azərbaycanın siyasi tarixinə düşdülər. Hal-hazırda isə dövlət qeydiyyatında 27 partiya var. Qeydiyyata alınan sonuncu siyasi partiya Azad Vətən Partiyası olmuşdur.