Azərbaycanın İrandakı səfirliyinə hücum
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum / From Wikipedia, the free encyclopedia
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu — 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlarına atəş açmışdır. Bu zaman səfirlik əməkdaşları onu zərərsizləşdirməyə cəhd göstərmişdir. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuşdur. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanmışdır.
Azərbaycanın İrandakı səfirliyinə hücum | |
---|---|
| |
Ümumi məlumatlar | |
35°46′02″ şm. e. 51°27′15″ ş. u. | |
Yeri |
|
Hücumun hədəfi | Azərbaycan diplomatları |
Tarix |
|
Hücum metodu | silahlı hücum |
Silah(lar) | AK-47 |
Ölü sayı |
|
Yaralı sayı |
|
Törədən(lər) | Yasin Hüseynzadə[d][1][2] |
Vikianbarda əlaqəli mediafayllar |
Yasin Hüseynzadə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış və istintaqa cəlb olunmuşdur. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başladılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamışdır. Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulamış və hücumu "terror aktı" kimi qiymətləndirmişdir. Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının evakuasiya ediləcəyini açıqlamışdır. 30 yanvarda səfirliyin əməkdaşları Tehrandan evakuasiya edilmiş və səfirliyin fəaliyyəti dayandırılmışdır.
İran rəsmilərinin bəyanatlarında hücumun siyasi motivli olduğuna dair heç bir əlamət yoxdur. İran hüquq-mühafizə orqanlarını hücumun şəxsi zəmində törədildiyini, Hüseynzadənin əraziyə iki azyaşlı uşaqla gəldiyini iddia etmişdir. Buna baxmayaraq, təhlükəsizlik kameralarının lentə aldığı görüntülərdə onun tək olduğu müşahidə edilir.
BMT baş katibi Antoniu Quterreş, Avropa İttifaqı, NATO, GUAM, 60-dan çox ölkənin dövlət başçısı, xarici işlər nazirləri və səfirləri hadisəni terror aktı kimi pisləmişdir. Hücumdan sonra İran azərbaycanlıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binası qarşısına gələrək gül dəstələri qoymağa başlamışdılar.