Bandalılar, 1) Köhnəbandalılar, eli-elatlar, vadanlar — Şərqi İndoneziyada (Nuxu-Çit adası, Kay arxipelaqı) Ambon-Timor xalqlarından biri. Sayları 3 min nəfərdir (1998)[1]. Şərqi İndoneziya keçid irqi qrupuna mənsubdurlar. Banda, yaxud eli-elat dilində danışırlar. Key və İndoneziya dilləri də yayılmışdır. Dindarları müsəlmandır. Bandalılar Banda adalarının aborigenlərinin, həmçinin gəlmə İndoneziya, Çin və ərəb komponentlərinin əsasında təşəkkül tapmış orta əsr ticarət etnosunun nəsilləridir. XIV–XVI əsrlərdə Avropa bazarlarında böyük tələbat duyulan fındıq və Hind qozu becərilməsi və satışı ilə məşğul olmuşdur. Avropalılar Banda adalarına gələnədək burada orang kaya ("zəngin kişi")nin başçılıq etdiyi oliqarxiya hakimiyyət formasından istifadə olunmuşdur. Mənbələrə görə, XVI əsrin əvvəllərində Bandalıların sayı 2500–3000 nəfərə çatırdı. Adalar XVI əsrdə portuqaliyalılar, XVII əsrin əvvəllərində isə Hollandiya Ost-Hind şirkəti tərəfindən işğal olunmuşdur. Hollandlar silah gücünə yerli əhalini ağır şərtlərlə sülh müqaviləsi bağlamağa məcbur etdilər.[2]. Müqavilə şərtlərinə yerli əhalinin əməl etmədiyini görən hollandlar yapon muzdluların köməyi ilə yerlilərin varlı və nüfuzlu adamlarını qılıncdan keçirdi.[3][4][5][6][7][8] Hollandlar Banda adalarına gələnədək bu ərazidə 13–15 min nəfər yaşayırdı. Ədviyyat ticarətini tamamilə ələ keçirmək məqsədilə apardığı mübarizənin gedişində holland müstəmləkəçiləri 1621-ci ildə Bandalıların əksəriyyətini qırmışlar, sağ qalan təxminən 1000 nəfərə yaxın sakin Molukk arxipelaqının adalarına köçmüş və tədricən yerli əhali (ambonlular, geserlər və b.) ilə qaynayıb qarışmışlar.[9]. Yerli əhaliyə divan tutan müstəmləkəçilər ələ keçirdikləri geniş torpaq ərazilərini holland plantatorları arasında bölüşdürdülər.

Thumb
Banda adalarının xəritəsi

1810-cu ildə Hollandiya İngiltərə ilə kəskin ziddiyyətdə olan Napoleon Fransasından vassal asılılığına düşəndən sonra bandalıların yaşadıqları ərazi fransızlarla ingilislər arasında mübarizə meydanına çevrildi.

Nuxu-Çit adalarında Bandalılarla kaylar arasında konsolidasiya prosesi gedir. Əsas məşğuliyyətləri tropik toxa əkinçiliyi (meyvəköklülər, paxlalılar, meyvələr), balıqçılıq, ticarətdir. Folklor (çariça Boiratan haqqında rəvayətlər silsiləsi) saxlanılır.

2)Orand-bandalılar — İndoneziyanın Banda adalarında etnik birlik. Sayları 12,5 min nəfərdir (1998). Malayya dilinin Ambon dialektində (melayu-ambon) danışırlar. Dindarları müsəlmandır, xristianları da var. 1621-ci ildə yerli bandalıların qovulmasından sonra holland müstəmləkəçilərinin İndoneziyanın Timor və digər adalarından ədviyyat yetişdirmək üçün gətirdikləri fəhlələrdən təşəkkül tapmışlar. Etnik tərkibin müxtəlifliyi sürətlə kreollaşmaya səbəb olmuşdur. Əsas ənənəvi məşğuliyyətləri qoz yetişdirmək, tropik toxa əkinçiliyi (tərəvəz və meyvə) və balıqçılıqdır. Maddi-mənəvi mədəniyyətləri zəif öyrənilmişdir.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.