Barrett qida borusu
From Wikipedia, the free encyclopedia
Barret qida borusu (Barret sindromu — Barrett’s syndrome, CELLO, ) — QERX xəstəliyinin ciddi ağırlaşmalarından biri olub , qida borusunun selikli qişasında ona xas olan yastı-çoxqatlı epitelin silindrik epitəllə əvəzlənməsi ilə xarakterizə olunur. Qida borusunun aşağı hissəsində hüceyrələrin bu metaplaziyası xroniki olaraq mədə turşusunun zədələyici təsiri ilə əlaqələndirilir.[1].
Qida borusunda yanma və qastro-ezofageal reflüks səbəbindən müraciət edən xəstələrin 10 % -ə qədərində barret qida borusu aşkar olunur . Ümumilikdə isə əhalinin 1%-ində bu xəstəliyin olması ehtimal olunur. Bu xəstəlik xərçəngönü vəziyyət sayılır və qida borusunun aşağı hissəsində adenokarsinoma inkişafı üçün böyük risk hesab olunur [2].
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/86/Barretts_esophagus.jpg/320px-Barretts_esophagus.jpg)