Bernulli qanunu
From Wikipedia, the free encyclopedia
Bernulli qanunu — boruda axan qazın (və ya mayenin) təzyiqi onun axın sürəti kiçik olan kəsiklərdə böyük, axın sürəti böyük olan kəsiklərdə isə kiçik olur.
Burada
- ρ - sıxlıq
- v - mayenin sürəti
- h - hündürlük
- p - təzyiq
- g - sərbəstdüşmə təcili
İdeal mayenin elementar axını ücün basqı, başqa sözlə, pyezometrik, sürət və həndəsi basqıların cəmi axının bütün kəsikləri ücün sabit bir kəmiyyətdir. Yuxarıdakı tənlik ilə aydınlaşdırılan teoremə Bernulli teoremi deyilir. Əgər qüvvə və uzunluq vahidi uyğun olaraq kiloqram və metrlər ilə ifadə edilmişsə, onda tənliyin hər bir toplananı uyğun olaraq 1 kq mayenin enerjisini göstərir.[1]