Biltmore Hotel Tbilisi
From Wikipedia, the free encyclopedia
Biltmore Hotel Tbilisi (gürc. სასტუმრო „ბილტმორ თბილისი) – Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən və "Millennium & Copthorne Hotels" şəbəkəsinə məxsus olan lüks otel. The Biltmore Hotel Tbilisi ABŞ sərhədlərindən kənarda fəaliyyətə başlamış ilk Biltmore hoteli olmaqla, həm də, aid olduğu şəbəkənin yeni yaradılmış lüks kateqoriyalı "Biltmore Collection of the Millennium & Copthorne Hotels" seriyasına daxil olan ilk hoteldir.
Biltmore Hotel Tbilisi | |
---|---|
gürc. სასტუმრო „ბილტმორ თბილისი | |
41°42′08″ şm. e. 44°47′38″ ş. u. | |
Ölkə | Gürcüstan |
Şəhər | Tbilisi |
Yerləşir | Tbilisi |
Aidiyyatı | Millennium & Copthorne Hotels |
Memar | Aleksey Şusev |
Tikilmə tarixi | 1934-1938 |
Üslubu | Sosial klassisizm |
Vəziyyəti | otel kimi fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Hotelin təntənəli açılış mərasimi 31 iyul 2016-cı ildə baş tutmuşdur. Otel, şəhərin əsas nəqliyyat damarlarından biri olan Rustaveli prospektində yerləşən və SSRİ hakimiyyəti dövründə 1930-cu illərdə inşa edilmiş İMELİ binası və onun yanında 2010-cu illərdə inşa edilmiş 32 mərtəbəli binada yerləşir. Köhnə binanın yenilənməsi və tarixi binalar ansamblının formalaşdığı prospektdə çoxmərtəbəli müasir tikilinin inşa edilməsi memarlar və tarixçilər tərəfindən ciddi tənqidlərə məruz qalmışdır.[1][2]
Yeni otel kompleksinin yaradılmasına təxminən $140 milyon xərc çəkilmiş və xərcin əsas hissəsi BƏƏ-nin "Dhabi Group" şirkəti tərəfindən ödənilmişdir.[3]