Bunquran
From Wikipedia, the free encyclopedia
Bunquran adaları (Natuna; ind. Kepulauan Natuna) — Cənubi Çin dənizində, İndoneziyaya məxsus olan ada. İndoneziyanın ən şimal arxipelaqlarından biridir. Sahəsi 1300 km²-dir. Əhalisi 100 000 nəfəre təşkil edir. Əhalisinin əksəriyyəti müsəlmandır[1].
Cəld faktlar Ümumi məlumatlar, Adaların sayı ...
Bunquran adaları | |
---|---|
ind. Kepulauan Natuna | |
Ümumi məlumatlar | |
Adaların sayı | 272 |
Ümumi sahəsi | 1300 km² |
Əhalisi | 100.000 nəfər (2008-ci il) |
Yerləşməsi | |
4°00′00″ şm. e. 108°15′00″ ş. u. | |
Ölkə | İndoneziya |
Akvatoriya | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Arxipelaqa daxil olan adalar: Bunquran-Besar, Subi-Besar, Laut, Serasan, Miday. Adalar qranittdən təşkil olunmuşdur. Bunquran-besar adasının mərkəzində 959 m hündürlüyü olan zirvə yerləşir. Ekvatorial iqlimə malikdir. İl ərzində 2000 mm yağıntı düşür. Rütubətli, həmişəyaşıl tropik meşələrlə örtülüdür. Adalarda kokos palması, çəltik, qarğıdalı əkilir.
İnzibati cəhətdən İndoneziyanın Kepulapuan vilayəti, Natuna dairəsinə daxildir.