Böyük Getsbi
From Wikipedia, the free encyclopedia
Böyük Getsbi və ya Möhtəşəm Getsbi[1] (ing. The Great Gatsby) — amerikalı yazıçı Frensis Skott Fitsceraldın romanı. Amerika ədəbiyyatında "Caz dövrünü" tipik əks etdirən bu roman 10 aprel 1925-ci ildə işıq üzü görmüşdür.[2] Roman amerika modernizminin əhəmiyyət kəsb edən əsərlərindən sayılır. Fitscerald romanı Avropaya səfər zamanı Parisdə bitirərək dərc etdirmişdir.
Böyük Getsbi | |
---|---|
ing. The Great Gatsby | |
| |
Janr | roman |
Müəllif | Frensis Skott Fitscerald |
Orijinal dili | İngilis dili |
Yazılma ili | 1925-ci il |
Nəşr ili | 10 aprel 1925 |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Romanda hadisələr 1920-ci ilin Nyu-Yorkunda, Lonq Aylend adasında cərəyan edir. Birinci dünya müharibəsi hərc-mərcliyindən sonra amerika cəmiyyəti inamlı çiçəklənmə dövrünə qədəm qoyur, ABŞ iqtisadiyyatı sürətlə inkişaf etməyə başlamış olur. Bu dövrdə ABŞ-də tətbiq olunan"Quru qanun" bir çox spirtli içki qaçaqmalçılarını və bununla məşğul olan alverçiləri milyonçi etmiş və mütəşəkkil cinayətkarlığın inkişafına təkan vermişdir. Zənginlərin füsünkarlığına heyran olan müəllif, əsərdə həmin dövrdə cəmiyyətdəki əxlaqsızlığı çılpaqlığı ilə göstərməyə çalışmışdır.
Roman 24 000 tirajla nəşr edildikdən sonra Brodveydə və Hollivudda səhnələşirilsə də müəllifin sağlığında şöhrət qazana bilməmiş, unudulmuşdur. Roman ötən əsrin 50-ci illərində, müəllifin ölümündən sonra gündəmə gələrək populyarlaşmışdır.
Sonrakı illərdə roman bir çox ingilis dilli orta və ali məktəblərdə ədəbiyyat dərsliyinə salınaraq məcburi bədii qirayət materialına çevrilmişdir.
1998-ci ildə roman XX əsrin 100 ən yaxşı ingilis dilli romanları arasında ikinci sırada yer almış olur.[3][4]
Müəllif əvvəlki iş və gücünü ataraq 1922-ci ildə "Tərəvəz" pyesini bitirdikdən sonra 1923-cü ildə "Böyük Getsbi" romanını yazmağı planlaşdırır. Bu romanı dönə-dönə redaktə edən müəllif əsərin ona şöhrət gətirəcəyinə əmin idi. Sonralar o yazırdı: "Mən özümdə məndə heç vaxt olmayan böyük bir qüvvə hiss edirdim". "Böyük Getsbi" müəllifin sayca üçüncü, həcmcə ən qısa və ən "Böyük" romanıdır. Bu romanın sehri, onun hər il Amerikada yüzminlərlə yeni-yeni oxucu tapmasındadır.