Böyük dördlük ("Dördlər" şurası) — Birinci Dünya müharibəsindən sonra 1919-cu ilin yanvarında Paris sülh konfransında görüşən aparıcı müttəfiq dövlətlərin başçıları.

Haqqında

Thumb
"Böyük dordlük": Devid Lloyd Corc, Vittorio Orlando, Jorj Klemanso, Vudro Vilson

Böyük dördlüyün ("Dördlər" şurası)nın tərkibinə Vudro Vilson (ABŞ), Devid Lloyd-Corc (Böyük Britaniya), Vittorio Orlando (İtaliya) və Jorj Klemanso (Fransa) daxil idi. Böyük dördlük 20-dən çox müttəfiq dövlətin nümayəndəsinin iştirak etdiyi Paris sülh konfransında müzakirə ediləcək məsələlərin əvvəlcə məhdud dairədə müzakirə olunması üçün ABŞ prezidenti Vudro Vilsonun[1] təklifi ilə yaradılmışdır. Bu dövlətlərin başçıları Almaniya ilə imzalanan Versal müqaviləsinin, Avstriya ilə imzalanan Sen-Jermen müqaviləsinin, Macarıstanla imzalanan Trianon müqaviləsinin, Bolqarıstanla imzalanan Nöyi müqaviləsinin, Osmanlı imperiyası ilə imzalanan Sevr müqaviləsinin, 1920-ci ildə kecirilən San-Remo konfransının aparıcı arxitektorları olmuşdur.[2].

Xarici keçid

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.