Ədalət, Hüquq, Demokratiya Partiyası
Azərbaycan'da müxalif siyasi partiya / From Wikipedia, the free encyclopedia
Ədalət, Hüquq, Demokratiya Partiyası və ya qısaca ƏHD Partiyası, həmçinin, 16 mart 2024-cü il tarixinədək Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası və ya qısaca BAXCP — Azərbaycanda fəaliyyət göstərən milliyətçi, sağ mərkəzçi siyasi partiya. Partiya Azərbaycan Xalq Cəbhəsi Partiyasının xələfidir. Qurucusu və hazırkı sədri Qüdrət Həsənquliyevdir.
Ədalət, Hüquq, Demokratiya Partiyası | |
---|---|
Sədri | Qüdrət Həsənquliyev |
Baş katib | Yaşar Kələntərli |
Sədr müavinləri |
Elçin Mirzəbəyli Niyaməddin Orduxanlı Əli Həziquliyev |
Quruluş tarixi | 3 aprel 2004 |
Qeydiyyat tarixi | 12 avqust 2005 |
Sələfi | Azərbaycan Xalq Cəbhəsi Partiyası |
Baş qərargah | Yasamal rayonu, Mirəli Seyidov küç. 60 |
İdeologiya | Azərbaycan milliyətçiliyi, mühafizəkarlıq, dövlətçilik, Solidarizm, millətçilik, respublikaçılıq |
İdeoloji spektr | mərkəz sağ |
Üzvlüyü |
Milli Demokratik Qüvvələr Birliyi (2005–2013) Demokratik Seçki Mərkəzi (2007–2008) İslahat Bloku (2010–2013) |
Üzv sayı |
5 mindən çox[1] (2023) |
Şüar | Ədalət, Hüquq, Demokratiya! |
Milli Məclisdə |
1 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Mətbuat orqanı | "Xalq Cəbhəsi" qəzeti [lower-alpha 1] |
Saytı | baxcp.az |
Ədalət, Hüquq, Demokratiya Partiyası qurulduğu gündən bəri bütün bələdiyyə və parlament seçkilərində iştirak etmişdir. Partiya Azərbaycan Respublikasının Milli Məclisinin II, III, IV, V və VI çağırışlarında 1 deputatla — Qüdrət Həsənquliyev ilə təmsil olunmuşdur.
Ədalət, Hüquq, Demokratiya Partiyasını Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında 2010-cu ildən bəri Mikayıl Rəhimov təmsil edir. O, həmçinin, 2011-ci ildən bəri komissiya katibi vəzifəsini də daşıyır. 2006–2010-cu illərdə isə partiya Demokratik İslahatlar Partiyası nümayəndəsi Tamam Cəfərovanın üzvlüyünə dəstək vermiş və beləcə Tamam Cəfərova həm də keçmiş adı ilə BAXCP-ni təmsil etmişdir.
Partiyanın sıralarında indiyədək Azərbaycan Respublikasının Milli Qəhrəmanı Maşallah Abdullayev, keçmiş Laçın dağ-atıcı alayının ilk komandiri Arif Paşa, jurnalist Elçin Mirzəbəyli, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq deputatları Bünyamin Qəmbərli, Fərəc Yusifbəyli və Mikayıl Rəhimov, hüquqşünas, professor Məhəmməd İmanlı kimi şəxslər təmsil olunmuşdur.
Ədalət, Hüquq, Demokratiya Partiyası indiyədək 7 qurultay keçirmiş və 1 sədr seçmişdir.
Ədalət, Hüquq, Demokratiya Partiyası 2015–2020-ci illərdə Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tamhüquqlu üzvü olmuşdur. Partiya, həmçinin, Azərbaycanda yaradılmış "İslahat" Seçki Blokunun təsisçilərindən və 2010–2013-cü illərdə üzvlərindən biri olmuşdur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən keçmiş adı ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinin 75%-i kişi, 25%-i isə qadın olmuşdur.[3]