Azərbaycan Milli Məclisinin VI çağırış deputatları
From Wikipedia, the free encyclopedia
Azərbaycan Milli Məclisin VI çağırış deputatları — 2020-ci il fevralı 9-da baş tutan seçkilər əsasında formalaşdırıldı.
Milli Məclisin 125 deputatından 70 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. VI çağırış Milli Məclisdə Vətəndaş Həmrəyliyi Partiyası 3 nəfərlə, Ana Vətən Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Böyük Quruluş Partiyası, keçmiş adı ilə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vəhdət Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olundu. 41 nəfər bitərəf idi.
2020-ci il martın 10-da VI çağırış Milli Məclisin birinci iclası baş tutdu. Milli Məclisin VI çağırış deputatlarının səlahiyyət müddəti 2025-ci il martın 10-da başa çatacaq.
VI çağırış Milli Məclisin sədri YAP üzvü Sahibə Qafarova, sədrin birinci müavini bitərəf Adil Əliyev, sədrin müavinləri isə VHP üzvü Fəzail İbrahimli və YAP üzvü Əli Hüseynli idi. Sahibə Qafarova, Azərbaycan Milli Məclisinin birinci qadın sədri oldu.
Milli Məclisin VI çağırış deputatları sırasında ən yaşlısı 1938-ci il təvəllüdlü Fəttah Heydərov, ən gənci isə 1993-cü il təvəllüdlü Səbinə Xasayeva idi.