Ceyk Cillenhol
ABŞ aktyoru / From Wikipedia, the free encyclopedia
Ceykob Bencamin Cillenhol (ing. Jake Benjamin Gyllenhaal; 19 dekabr 1980[3][4][…], Los-Anceles, Kaliforniya[5]) — ABŞ aktyoru. İsveçli zadəgan ailədə doğulan Ceyk, kinorejissor Stiven Cillenholun və ssenarist Naomi Fonerin oğludur. Onun bacısı aktrisa Meqqi Cillenholdur.[8] Ceyk aktyorluq etməyə uşaq yaşlarından başlayıb. Onun rol aldığı ilk film 1991-ci ildə "City Slickers" olub. O, atasının lentə aldığı "A Dangerous Woman" və "Homegrown" filmlərində çəkilib. Ceyk "October Sky" və "Donni Darko" filmlərinə görə məşhurluq qazanmışdır.
Ceyk Cillenhol | |
---|---|
ing. Jake Gyllenhaal | |
Doğum adı | Jacob Benjamin Gyllenhaal[1][2] |
Doğum tarixi | 19 dekabr 1980(1980-12-19)[3][4][…] (43 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Partnyorları |
|
Fəaliyyəti | kino aktyoru, teatr aktyoru, televiziya aktyoru, səsləndirmə aktyoru[d] |
Fəaliyyət illəri | 1991-ci ildən |
Təhsili |
|
Boyu | 181,6 sm[7] |
IMDb | ID0350453 |
Vikianbarda əlaqəli mediafayllar |
Ceyk 2004-cü ildə elmi fantastika, fəlakət janrında olan "Birisigün" filminə rol alıb. O, 2005-ci ildə "Qozbel dağ" filmindəki performansına görə "BAFTA" mükafatı qazanmış, bununla yanaşı "Oskar" mükafatına da namizəd olmuşdur. Ceyk uğurlu karyeraslna davam edib və "Zodiac", "Love & Other Drugs" və "Source Code" filmlərinə çəkilmişdir.