From Wikipedia, the free encyclopedia
Cihadçılıq və ya cihadizm Qərb üçün ekzistensial olaraq təhdid kimi qəbul edilən militant islami hərəkatlar üçün istifadə olunan neologizmdir.[1] O, ideologiyaları islami cihad anlayışına əsaslanan müxtəlif qiyamçı İslam ekstremist, militant islamçı və terrorçu şəxslər və təşkilatlara tətbiq edilmişdir.[6] O, tarixdə cihad adı ilə qeyri-müsəlman xalqlara qarşı geniş kampaniya aparan Əməvilər Xilafəti və Osmanlı İmperiyası kimi müxtəlif İslam imperiyalarına da şamil edilmişdir.[7][8]
Müasir cihadçılığın kökləri daha çox XIX əsrin sonu-XX əsrin əvvəllərində və XX-XXI əsrlərdə Qutbilik və əlaqəli islamçı ideologiyalara çevrilən İslam dirçəlişinin ideoloji inkişafı ilə bağlıdır. [9][10] Cihadçı ideoloqlar cihadı müsəlman dünyasını “Allahın hökmü” altında birləşdirmək üçün dünyəvi beynəlxalq nizama qarşı “inqilabi mübarizə” kimi təsəvvür edirdilər. 1979-1989-cu illər Sovet-Əfqan müharibəsində iştirak edən islamçı könüllü təşkilatlar 1990-2000-ci illər ərzində müxtəlif silahlı münaqişələr zamanı təbliğ edilən cihadçılığın yüksəlişini gücləndirdi.
Gilles Kepel 1990-cı illərin Sələfi hərəkatı daxilində cihadçılığın xüsusi sələfi forması diaqnozu qoyub.[11] Beynəlxalq, panislamist miqyasda olan cihadçılıq qlobal cihadçılıq kimi də tanınır.[14] Araşdırmalar göstərir ki, İŞİD-n güclənməsi ilə həm Qərb ölkələrindən, həm də əksəriyyəti müsəlman olan ölkələrdən gələn bəzi müsəlman könüllülər Suriya və İraqdakı qlobal cihada qoşulmaq üçün gəliblər.[20]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.