Con Xarsani
From Wikipedia, the free encyclopedia
Con Xarsani (mac. Harsányi János Károly) (29 may 1920[2][3][…], Budapeşt – 9 avqust 2000[2][3][…], Berkli, Kaliforniya) — Macarıstanda anadan olmuş, sonradan ABŞ-yə köçmüş iqtisadçı. 1994-cü ildə Con Neş və Reynhard Zeltenlə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Con Xarsani | |
---|---|
mac. Harsányi János Károly | |
Doğum tarixi | |
Doğum yeri | Budapeşt Macarıstan |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Berkli, Kaliforniya ABŞ |
Vəfat səbəbi | ürək tutması |
Milliyyəti | Macarıstan ABŞ |
Elm sahəsi | iqtisadiyyat |
İş yerləri | Berkli Kaliforniya Universiteti, Ueyne Ştat Universiteti, Avstraliya Milli Universiteti |
Təhsili |
|
Elmi rəhbəri | Kennet Errou |
Tanınır | Bayesiyan oyunları, Praqmatizm etikası, Tarazlıq seçimi |
Üzvlüyü | |
Mükafatları | 1994 İqtisadiyyat üzrə Nobel mükafatı |
Vikianbarda əlaqəli mediafayllar |
Con Xarsani daha çox oyunlar nəzəriyyəsi ilə bağlı tədqiqatları ilə tanınır, xüsusilə təkmilləşdirdiyi əskik bilgili oyunların analizi üçün nəzərdə tutulan Bayesiyan oyunları olaraq adlandırılan xeyli yenilikçi metodla tanınır. Eyni zamanda siyasi və əxlaqi fəlsəfədə (xüsusilə Praqmatizm etikası) iqtisadi məntiq və oyunlar nəzəriyyəsinin istifadəsindəki önəmli xidmətləri ilə tanınır.[4]
Altsheymer xəstəliyi diaqnozu qoyulan Con Xarsani 2000-ci ildə Kaliforniya ştatının Berkli şəhərində ürək tutmasından vəfat etdi.[5]