Dekabristlər üsyanı
Rusiya İmperiyasında 1825-ci il üsyanı və çevriliş cəhdi / From Wikipedia, the free encyclopedia
Dekabristlər üsyanı (rus. Восстание декабристов) — 14 dekabr 1825-ci ildə[6] Rusiya imperiyasının paytaxtı Peterburqda baş vermiş dövlət çevrilişi cəhdi.[7]
Dekabristlər üsyanı | |
---|---|
Восстание декабристов | |
Yer | Sankt-Peterburq, Rusiya imperiyası |
Tarix | 14 dekabr 1825 |
Səbəb | 1825-ci il səltənət fasiləsi |
Əsas məqsəd | Mütləqiyyətin və təhkimçilik hüququnun ləğvi, Konstantin Pavloviçin taxta çıxarılması, I Nikolay tərəfindən konstitusiya təsdiq edilməsi |
Nəticə | Üsyanın yatırılması |
Təşkilatçılar | Dekabristlər |
Hərəkətverici qüvvələr |
Şimal gizli cəmiyyəti[1], Moskva leyb-qvardiya polku[2][3], Qrenader leyb-qvardiya polku[4], Qvardiya ekipajı[5] |
İştirakçı sayı | təqribən 3000 nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrin əvvəllərində Rusiyanın beynəlxalq vəziyyəti son dərəcə mürəkkəb idi. Tilzit sülh müqaviləsindən[8] sonra da Rusiya müstəqil xarici siyasət yeritməkdə davam edirdi. 1812-ci ildə Çar ordusu Fransanı məğlub etdi.
Napoleon üzərində qələbədən sonra Qərbi Avropa həyatı ilə tanış olmuş bəzi mütərəqqi fikirli rus zabitləri Rusiyada dəyişikliklər aparmaq uğrunda mübarizəyə başladılar. Milyonlarla kəndli, hələ də ağır təqiblərə məruz qalırdı. Avropada döyüşən rus əsgərləri, ölkələrinin dövlət quruluşunun, sosial həyatlarının və qurumlarının nə qədər geridə qaldıqlarını görmüşdülər. Çarlığın boyunduruğu altındakı xalqın böyük bir bölümünü təşkil edən kəndlilərin torpağa təhkimçiliyi saxlaması əsgərlər üçün narahat bir gərçək idi.
I Aleksandrın təqibləri ve militarist rejimindən narazı olan əsgərlər, kəndlilər, cəmiyyətlər yeni çevrə yaratdılar. İki əsas istiqamət müzakirə olunurdu: məhdud monarxiya və federativ dövlət.
Aleksandrın ölümündən sonra I Nikolayın taxta çıxacağı gün[lower-alpha 1] Rusiya tarixində bir Çara qarşı yönəlmiş ilk silahlı üsyan gerçəkləşdi.
1825-ci il dekabrın 14-də hərbçilərin üsyanı baş verdi. Bu üsyan tarixə dekabristlər üsyanı kimi daxil oldu. Dekabristlər üsyanı Rusiyada inqilabi hərəkatın başlanğıcını qoydu.