From Wikipedia, the free encyclopedia
Dilman döyüşü — Birinci Dünya müharibəsi zamanı, 15 aprel 1915-ci ildə Rusiya imperiyası ilə Osmanlı imperiyası arasında baş vermiş döyüş. Döyüş Cənubi Azərbaycanın Salmas bölgəsinin Dilman adlanan məntəqəsində baş vermişdir.
Dilman döyüşü | |||
---|---|---|---|
Birinci Dünya müharibəsi | |||
Tarix | 1915-ci ilin aprel ayının 15-i | ||
Yeri | Dilman (müasir Salmas) | ||
Nəticəsi | Rus-Erməni-Aysorların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Döyüş ilk günündə Osmanlı ordusundan 468 nəfər həlak olmuş, 1.228 nəfər yaralanmış, 370 nəfər isə itkin düşmüşdür. Döyüşdə yaralanmış bir çox osmanlı döyüşçüsü döyüş meydanında qalmış, onları oradan çıxarmaq mümkün olmamışdır.[2] Osmanlı ordusunun yarısını kürd könüllülər təşkil edirdi və onlar döyüşün başlamasından qısa müddət sonra qaçmağa başladılar.[3] Döyüşün sonunda 3.500 nəfər Osmanlı döyüşçüsü öldürüldü.[1]
Rusiya imperiyası ordusuna erməni dəstələri də yardım edirdi. Bundan başqa, aysorlar da rus-erməni dəstəsinə yardım etməkdə idilər. Beləliklə, rus ordusunun generalı Tovmaz Nəzərbəkyanın, Andronik Ozanyanın və aysor Ağa Petrosun komandanlıq etdiyi ordu Osmanlı ordusunu məğlub etməyi bacardı.[4][1]
Bu məğlubiyyətdən sonra Xəlil Qut Cənubi Azərbaycan ərazisini tərk etdi. O, öz məğlubiyyətinin səbəbkarı kimi bölgədəki xristianların rusları dəstəkləməsini göstərmişdi.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.