Dion Kassi
From Wikipedia, the free encyclopedia
Lusi Klavdi Kassi Dion Koksean (və ya Kokkeyan)[7], həmçinin sadəcə Dion Kassi və ya Kassi Dion (q.yun. Δίων ὁ Κάσσιος, lat. Lucius Claudius Cassius Dio Cocceianus; ən tezi 155 və ən geci 164[1], Nikeya[d], Qədim Roma[2][3][…] – ən tezi 229 və ən geci 235[4], Nikeya[d][5][6][…]) — yunan əsilli Roma konsulu və tarixçisi. O, Eneyin İtaliyaya gəlişindən tutmuş Roma imperatoru Aleksandr Severin hakimiyyətinə qədərki dövrü əhatə edən 80 kitabda "Roma tarixi"nin müəllifidir. Qədim yunan dilində yazılmış əsərin yarıdan çoxu bütünlüklə və ya əhəmiyyətli çıxarışlarla günümüzə qədər gəlib çatmışdır.