From Wikipedia, the free encyclopedia
Dövlət nümayişləri — Nümayişlərin keçirildiyi ölkənin hökuməti tərəfindən təşkil olunan və əsasən iqtidaryönlü olan nüməyişlər.
İran İslam Respublikası,[1][2] Çin Xalq Respublikası,[3] Kuba Respublikası,[4] kirçenerist Argentina,[5] Sovet Sosialist Respublikaları İttifaqı,[6] İtaliya Krallığı, faşist Almaniya və başqa ölkələr dövlət nümayişləri keçiriblər.
İranda İslam İnqilabının ildönümü kimi nümayişlər hökumət tərəfindən təşkil edilmişdir. Əvvəllər bu nümayişlərdə "Rədd olsun İsrail!" və "Amerikaya ölüm!" şüarları səslənirdi.[7][8]
Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) belə nümayişləri ABŞ, Yaponiya və Cənubi Koreyaya qarşı tez-tez keçirir.
16 noyabr 2013-cü il tarixində Bolqarıstanın Oreşarski hökuməti və hakimiyyətdə olan Bolqarıstan Sosialist Partiyası (keçmişdə kommunist) iqtidaryönlü nümayişlər keçirmişdir.
Buna oxşar bir nümunə 13 dekabr 2015-ci il tarixində Polşada baş vermişdir.[9] Həmin tarixdə, Polşa prezidenti Yaroslav Kaçinskinin partiyası Hüquq və ədalət hərbi vəziyyətin təqdim edilməsinin ildönümünü qeyd edən qeyri-rəsmi bayramı iqtidaryönlü mitinqlərə çevirmişdir.[10]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.