From Wikipedia, the free encyclopedia
Elektromaqnit spektr və ya optik spektr — elektromaqnit şüalanması tezliklərinin tam diapazonu. Nəzəri olaraq elektromaqnit spektrinin yuxarı və aşağı sərhədləri olmur. O, adətən, loqarifmik şkala vasitəsilə verilir. ITU elektromaqnit spektrində 30 Hs-dən 3000 GHs aralığında 12 diapazon seçdirib.
Elektromaqnit spektr işığın analizi ilə alınır. İşığı təşkil edən tezliklər toplusunun tərkibindən asılı olaraq elektromaqnit spektr xətti (diskret), bütöv və mürəkkəb (bütöv oblastlar və onların daxilində yerləşən ayrı-ayrı spektr xətlərindən ibarət sistem) olur. Elektromaqnit spektrin xarakteri işıq mənbəyi və şüalanma mexanizmi ilə müəyyən edilir. İşıq mənbəyi atomdursa, alınan spektr xətti, malekuldursa zolaqlı olur. Qızdırılmış bərk cisim bütöv spektrli işıq şüalandırır. Bu zaman şüalanan işığın intensivliyinin tezliyə görə paylanması Plank düsturu ilə müəyyən olunur. Günəşin şüalandırdığı işıq bütöv spektrə malikdir. Günəş spektri Yerdə müşahidə olunarkən bütöv spektr üzrə bəzi udma xətləri (Fraunhofer xətləri) müşahidə olunur. Həmin xətlər Günəş şüalarının atmosfer qatlarından keçməsi zamanı bəzi tezlikli şüalanmaların udulması ilə əlaqədardır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.