Emma Morano
From Wikipedia, the free encyclopedia
Emma Morano (it. Emma Martina Luigia Morano) — Dünyanın ən uzunömürlü insanlarından biri. 2016-cı ilin 13 mayından, 2017-ci ilin 15 aprel tarixlərinə qədər dünyanın ən uzunömürlü insanı kimi qəbul olunmuşdur. Emma Morano eyni zamanda 2017-ci ildə yaşamış yeganə XIX əsrdə anadan olmuş şəxs kimi də tarixə düşüb. İtalyan Jan Kalmentdən[3] sonra ən uzunömürlü avropalı olaraq tanınır.