Erix Hartmann
From Wikipedia, the free encyclopedia
Erix Alfred Hartmann (alm. Erich Alfred Hartmann; 19 aprel 1922[1], Vaysax[d], Vürtemberq azad xalq dövləti[d], Veymar Respublikası[2] – 20 sentyabr 1993[1], Vayl-im-Şönbux[d], Baden-Vürtemberq) — İkinci dünya müharibəsində iştirak etmiş alman qırıcı təyyarə pilotu.
Erix Hartmann | |
---|---|
Erix Alfred Hartmann | |
Doğum tarixi | |
Doğum yeri | Vaysax, Almaniya |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Vayl-im-Şönbux, Almaniya |
Vəfat səbəbi | beyin xərçəngi[d] |
Milliyyəti | alman |
Fəaliyyəti | Hərbi pilot |
Fəaliyyət illəri | 1940-cı ildən |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həmkarları tərəfindən Bubi ləqəbi verilən Erix bütün dövrlər ərzində hava döyüşlərində ən çox rəqib təyyarəsini məhv etmiş peşəkar pilotdur. Ruslar tərəfindən Qara şeytan ləqəbini alan Erix Hartmann ümüumilikdə 1.404 döyüş uçuşu zamanı 352 rəqib təyyarəsini (bunların 345-i sovetlərə məxsus olan, 260-ı isə qırıcı təyyarə idi) vurmağa müvəffəq olub. Erix müharibə boyunca Almaniya Hərbi Hava Qüvvələri olan Luftwaffe-nin tərkibində 825 hava döyüşündə iştirak edib. Pilot karyerası boyunca Erix 14 dəfə yerə qəza enişi edib. Bunların hamısı ya vurulmuş rəqib təyyarəsindən qopan metal hissələrin onun təyyarəsini zədələməsi nəticəsində və ya onun öz təyyarəsində olan texniki nasazlıq səbəbindən baş verib. Erixin olduğu təyyarə heç vaxt nə rəqib təyyarəsi tərəfindən vurulub, nə də rəqibin açdığı atəş nəticəsində təyyarəsi zədələnib.
Erix müharibədən əvvəl planer təyyarələrdə uçub, Almaniya HHQ-nə 1940-cı ildə qəbul olunub və pilot hazırlığını 1942-ci ildə tamamlayıb. Burada ona uçuş üçün Jagdgeschwader 52 (JG 52) qırıcısı verilir. Erix Şərq Cəbhəsində ən təcrübəli pilotların rəhbərlik etdiyi eskadrilyada xidmət etməyə göndərilir. Onların rəhbərliyi altında Erix çox sürətlə hava döyüşü bacarıqlarını və biliklərini artırır. Bu bilikləri nəticəsində Erix 1944-cü ilin 25 avqustunda o vaxta kimi 301 rəqib təyyarəsini vurduğuna görə Almaniyanın ən yüksək mükafatlarından olan Dəmir xaç ordeninə layiq görülüb. O özünün sonuncu - 352-ci rəqib təyyarəsini 1945-ci ilin 8 may tarixində məhv etməyə müvəffəq olur. Erix öz təyyarəsi ilə birlikdə ABŞ Ordusu birliklərinə təslim olub və daha sonra isə Sovet ordusuna təhvil verilib. Əsirlikdə olduğu müddətdə ruslar Erixə təzyiq edərək onu kommunistlər üçün işləməyə məcbur etməyə çalışıblar. Daha sonra isə onu saxta ittihamlar vasitəsilə məhkəməyə çıxardaraq 25 il həbs cəzası veriblər. Erix 10 il yarım müddətində Sovet həbs düşərgələrində ağır şəraitdə qalıb. 1955-ci ildə Qərbi Almaniya hökuməti ilə Sovet hökuməti arasındakı razılaşmaya əsasən Erix və ondan başqa 16 000 alman məhbusu azad edilərək Qərbi Almaniyaya verilmişdir. Bundan sonra 1956-cı ildə yenidən Almaniya HHQ-də öz işinə davam edib. 1970-ci ildə alman HHQ-nə ABŞ-a məxsus F-104 qırıcılarının gətirilməsinə etiraz əlaməti olaraq ordudan istefa verir. Erix Hartmann 1993-cü ildə 71 yaşında ikən vəfat edir.