Yaponiyada məbəd From Wikipedia, the free encyclopedia
Fuşimi İnari məbədi (伏見稲荷大社, Fuşimi İnari-tayşa?) – Yaponiyanın Kioto prefekturasının Kioto şəhərinin Fuşimi rayonunda yerləşən şintoist məbədi.[1] Kənd təsərrüfatı kamisi olan Uka-no-Mitamaya, eləcə də, insanların sadə ehtiyaclarını qoruyan digər 4 kamiyə həsr olunmuşdur.[1]
Şintoizm | |
Fuşimi İnari məbədi | |
---|---|
伏見稲荷大社 | |
Din | |
İlahi gücü | Uka-no-Mitama |
Festivalları | İnari festivalı (9 aprel) |
Yerləşməsi | |
Ölkə | Yaponiya |
Prefektura | Kioto prefekturası |
Şəhər | Kioto |
Rayon | Fuşimi |
|
|
Saytı | |
inari.jp | |
Şintoizm terminologiyası |
Məbəd 711-ci ildə Kiotonun cənub-şərqində yerləşən İnari dağında tikilmişdir.[1] 816-cı ildə buddizmin Şinqon sektasının qurucusu olan Kukayın təşəbbüsü ilə məbəd dağın ətəyinə köçürülmüşdür.[1] Kukay hesab edirdi ki, məbədin ilahları yaxınlıqda yerləşən Şinqon məbədi olan To məbədinin qorunmasını təmin edəcəklər.[1]
Fuşimi İnari məbədi əsrlər boyunca Yaponiyada ən populyar şintoist məbədlərindən birinə çevrilmişdir.[1] Xüsusilə, siravi şəxslərin tez-tez ziyarət etdiyi məbəd olmuşdur.[1]
Fuşimi İnari məbədi Yaponiyada yerləşən 40.000-dən çox İnari məbədinin mərkəzi məbədi hesab olunur.[1] Naqare-zukuri üslubunda tikilmiş əsas ibadətgahı 1499-cu ilə aid edilir.[1]
Məbədin illik festivalı olan İnari festivalı 9 aprel tarixində baş tutur.[1] Yaponiyada Ay təqvimi üzrə ikinci ayın birinci At günündə Fuşimi İnari məbədini və ya yerli İnari məbədini ziyarət etmək geniş yayılmış adətdir.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.