From Wikipedia, the free encyclopedia
Fərrux Hörmüz (VI əsr – 631, Ktesifon) — Atropatena knyazı, İspahbudan sülaləsinin nümayəndəsi, sipəhsalar. Bavinin nəticəsi.
V Hörmüz | |
---|---|
فرخهرمز | |
| |
630 – 631 | |
Əvvəlki | Azarmedoxt |
Sonrakı | Azarmedoxt |
Şəxsi məlumatlar | |
Doğum tarixi | ? |
Doğum yeri | ? |
Vəfat tarixi | |
Vəfat yeri | Atropatena |
Vəfat səbəbi | sui-qəsd |
Fəaliyyəti | hərbi lider[d] |
Atası | Vinduyə |
Uşaqları | Rüstəm Fərruxzad, Fərruxzad Bavəndi |
Dini | Zərdüştilik |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sasanilər dövləti |
Vikianbarda əlaqəli mediafayllar |
Vistəhmin ölümündən sonra onun torpaqlarına hakimlik edirdi. 628-ci ildə II Xosrovu devirərək [1] yerinə II Qubadı gətirmişdi. II Qubadın I İrakli ilə bağladığı sülhə əsasən Fərrux Hörmüz müstəqil Atropatena hökmdarı olmuşdu.
II Qubad 628-ci ildə yoluxucu xəstəlikdən vəfat etmiş, yerinə III Ərdəşir keçmişdi. Bunu fürsət bilən Fərruxan Şəhrvəraz bir il sonra Ktesifonu ələ keçirmiş və özünü şahənşah elan etmişdi. Şəhrvərazı özünə təhlükə görən Fərrux 40 gün sonra, tacqoyma mərasimində atdığı nizə ilə şahı öldürmüş, yerinə II Xosrovun qızı Borandoxtu gətirmişdi. Lakin Fərrux öz torpaqlarına qayıdan kimi Borandoxt Şəhrvərazın oğlu, özünü V Şapur adı ilə şah elan etmiş Şapur Şəhrvəraz tərəfindən devrilmişdi. O da öz növbəsində vəzir Firuz Xosrov tərəfindən devrilmiş, yerinə Borandoxtun bacısı Azarmedoxt gətirilmişdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.